"İşçilər Mehriban xanıma etirazlar edirdi, o da deyirdi ki, "kim işləmirsə, ərizəsini yazsın" - Məhkəmə işi
25-08-2025 [11:03]
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Firuzə Məmmədova deyib ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır: "Mən mərkəzdə tibb bacısı işləmişəm. Bizim şöbədə əvvəllər ən çox 15 uşaq olurdu. Bir il ərzində uşaqların sayı artmışdı. Son vaxtlar mərkəzdə 18 uşaqla işləyirdim. Bizim şöbənin rəisi Məryəm xanım idi".
Şahidin sözlərinə görə, şöbədə istifadə edilən elektrik uzadacılarını cihazlara özləri qoşub: "Elektrik uzadıcıları ilə bağlı hər hansı bir təlimat verilməmişdi. Uşaq sayı çox olduğuna görə əlavə uzadıcılara da ehtiyac olurdu. Əvvəllər bu uzadıcılardan istifadə edilmirdi. Mənə yanğın təhlükəsizliyi, eləcə də tibbi avadanlıqların birləşdirilməsi ilə bağlı hər hansı bir təlim keçirilməyib. Belə bir təlim olubsa da, mən orada iştirak etməmişəm".
Şahidin ifadələri arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Firuzə Məmmədova ibtidai istintaq zamanı deyib ki, mərkəzdə xəstə sayı normadan iki dəfə çox olub:
"Bununla bağlı işçilər Mehriban xanıma etirazlar edirdi. O isə "işləmək istəməyəni məcbur saxlamırıq, kim işləmirsə, ərizəsini yazıb işdən çıxa bilər" deyirdi. Mərkəzin əməkdaşı Təbriz Nəzərli elektrik uzadıcılarının panellərə qoşulmamasını tapşırmışdı".
Şahid Günel Həsənova deyib ki, 2021-ci ildən yanğın baş verənə qədər Respublika Perinatal Mərkəzində tibbi bacısı işləyib: "Növbəni təhvil alanda gördüm ki, mərkəzdə yanğın baş verib. Oradakı uşaqları başqa xəstəxanalara yerləşdirmişdilər. Bununla bağlı həmin xəstəxanalara ezam olunmuşduq. Şöbədə uşaq həddən artıq çox idi. Mehriban xanım gələndən sonra otaqların sayı artdı. Bununla bağlı şikayət edirdik. Onlar kim işləmək istəmirsə, çıxa bilər, deyirdilər. Dəfələrlə Məryəm xanıma bu qədər uşağa baxmağa işçilərin gücünün çatmadığını demişdik. Mehriban xanım bizimlə acı dillə danışırdı. İşin ağırlığından şikayət edəndə o, mənə qapını göstərmişdi".
Şahid İlahə Nuriyeva deyib ki, o da mərkəzdə tibb bacısı işləyib:
"Uşaqların çoxluğu ilə bağlı Mehriban xanıma bildirmişdik. Ona demişdim ki, səhhətimlə bağlı çatdıra bilmirəm. O, yaxşı olacağını deyirdi. Son bir il ərzində şöbəyə uşaq çox gəlirdi, buna görə də elektrik uzadıcılardan istifadə etməyə məcbur olurduq. Bununla bağlı qadağa qoyulmamışdı. Hərdən otaqdan qoxu gəlirdi, eləcə də uzadıcını panelə qoşanda cərəyan vururdu. Yanğın təhlükəsizliyi ilə bağlı uzun müddət əvvəl təlim keçirilmişdi. Mən bu təlimdə bir dəfə olmuşam".
Növbəti iclas sentyabrın 15-nə təyin olunub.
Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub
Mədəniyyət sahəsində qrantlar... - Maliyyələşmə qaydası haqda yeni qanun qəbul edildi
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq
Daha bir kollec direktoru vəzifədən azad edildi
"Kinematoqrafiya haqqında" qanuna dəyişib
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun dəyişdi - Nələr olacaq?
ABŞ-də azərbaycanlı tələbə saxlanılıb - Mamdani Trampla danışıb sərbəst buraxdırdı (FOTOLAR)
Zahid Oruc Milli Məclisdə: "Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik”
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Bakıda beynəlxalq elmi konfrans keçirilir
WUF13-ün internet saytı fəaliyyətə başlayıb
Göyçayda keçmiş məhkum narkotik və avtomat silahla saxlanılıb
İsrail Qəzzanı bombalayıb - Üç polis ölüb
Hərbçilərin maaşı artırılacaq? - Yeni təklif var
Gömrük Komitəsi “Temu” ilə gizli anlaşma əldə edib? - Gömrük, Çin şirkəti və "Azərpoçt" onlayn bazarı öz aralarında "bölüb"
QARABAĞA NÖVBƏTİ KÖÇ OLDU - Kəlbəcər, Xocavənd və Cəbrayıla
Avropa Liqası: "Fənərbağça" turnirlə vidalaşdı
Mərakeşi çəyirtkələr basıb - FOTOLAR
Afrika ölkəsindən bir ilk: Rusiyadan Su-57 qırıcı təyyarəsi aldı - Bölgədə tarazılıq dəyişdi
İran XİN başçısından mühim mesajlar: "ABŞ-la danışıqlarda böyük irəliləyiş əldə edilib, lakin..."
ÇL: Osimhen həftənin oyunçusu adına namizəd oldu
Ronaldo İspaniyada bu klubdan pay aldı - Açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Konfrans Liqası: Türkiyə komandası 1/8-ə yüksəldi
İRAN ABŞ-ın TƏKLİFİNİ RƏDD ETDİ: "Bu, heç vaxt olmayacaq" - Cenevrədə danışıqlar başa çatdı, növbəti görüş yeri müəyyənləşdi
Xocalı 34: Musiqidə yaşayan ağrı - VİDEO, FOTOLAR
Türkiyədə zəlzələ oldu
RƏSMİ MOSKVADAN BAKIYA MESAJ: "Biz Azərbaycanla bütün məsələləri yoluna qoymaq niyyətindəyik"
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı
Ramazanın 9-cu gününün duası: imsak və iftar vaxtı