Yaponiyanın müdafiə naziri "Baykar"da - FOTOLAR

img

21-08-2025 [08:48]


Yaponiyanın müdafiə naziri Nakatani Gen və onu müşayiət edən nümayəndə heyətiTürkiyənin məşhur PUA şirkəti "Baykar"da olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "Baykar"ın sosial media hesabındakı paylaşım edilib.

Paylaşımda deyilir: "Yaponiyanın müdafiə naziri, cənab Nakatani Gen və onun rəhbərlik etdiyi nümayəndə heyəti Özdemir Bayraktar Milli Texnologiya Mərkəzimizi ziyarət etdi. Onları qonaq etməkdən məmnun olduq".

Xəbərdə deyilir ki, "Baykar"ın İdarə Heyətinin sədri Selçuk Bayraktar və "Baykar"ın baş direktoru Haluk Bayraktar Nakataniyə şirkət və onun fəaliyyəti haqqında məlumat veriblər.

Ziyarətdə Müdafiə Sənayesi Müdiri Haluk Görgün də iştirak edib.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR