Könül Kərimova: “Uğurlu liderlik sadəcə sürət deyil, doğru istiqamətdir” - MÜSAHİBƏ
15-05-2025 [15:58]
Veysəloğlu Şirkətlər Qrupunun Maliyyə direktoru Könül Kərimova sürətlə dəyişən biznes dünyasında liderlik anlayışını öz baxış bucağından təqdim edir.
Onun sözlərinə görə, əsl liderlik yalnız nəticələrin sürəti ilə ölçülmür – əsas olan düzgün istiqaməti seçmək, insanlara ilham vermək və uzunmüddətli dəyər yaratmaqdır.
- Uğurlu liderlik sizin üçün nə deməkdir?
- Mənim üçün liderlik, ilk növbədə, gələcəyi aydın şəkildə görməkdir. Lider bu vizionu qəlbində hiss etməli, ona inanmalı və hər addımında bu həvəsi yaşatmalıdır. Əgər rəhbərin özü ruhlanmırsa, heç vaxt başqalarına da ilham verə bilməz.
Sonra bu vizionu komanda, tərəfdaşlar və maraqlı tərəflərlə bölüşmək gəlir. İnsanlar yalnız o zaman eyni enerjini hiss edə bilirlər. Və ən sonda – məqsədə aparan dəqiq yol xəritəsi qurmaq vacibdir. Mənim üçün liderlik vizion, ilham və sistemli fəaliyyətin vəhdətidir.
- Niyə liderliyin sürətdən çox istiqamətlə bağlı olduğuna inanırsınız?
- Sürət, bəli, vacibdir. Amma yalnız doğru istiqamət seçildikdə fayda gətirir. Mənim təcrübəmdə bunun həm müsbət, həm də mənfi nümunələri olub.
Bir dəfə bir layihəyə çox tələsik başladıq. Qrafik sərt idi, amma ideyanı kifayət qədər analiz etməmişdik. İşin ortasında gördük ki, xərclər faydadan dəfələrlə çoxdur. Nəticədə tələskənlik bizə baha başa gəldi və hər şeyi dayandırıb planı yenidən qurmağa məcbur olduq.
Tam əks vəziyyəti telekommunikasiya sektorunda yaşadım. İdeya doğrudur, istiqamət düzgün idi, amma qərarların gecikməsi səbəbindən layihə dayandı. Biz bazara çıxanda rəqib artıq irəlidə idi. Onları yaxalamaq üçün həm layihəyə, həm də müştəri qazanmağa böyük sərmayə qoymalı olduq.
Bu hadisələr mənə öyrətdi ki, sürət yalnız düzgün istiqamətlə birləşəndə dəyər yaradır. Əks halda ya resursları boşa xərcləyirsən, ya da fürsəti əldən verirsən. Liderin əsas rolu isə məhz bu incə məqamı düzgün ayırd edə bilməkdir.
– Sürət təzyiqini uzunmüddətli vizionla necə tarazlamaq olar?
- Bu, lider olaraq tez-tez qarşılaşdığım ən böyük çətinliklərdəndir. Çox vaxt qərar “indi və dərhal” tələb edir. Xüsusilə də inkişaf etməkdə olan bazarlarda.
Mənim yanaşmam budur: hər bir qərara həm bu gün, həm də sabahın prizmasından baxmaq lazımdır. Bu addım bu gün nəyi dəyişəcək? Sabah bizə nə qazandıracaq? Yalnız hər iki tərəfi analiz etdikdə sürətlə strategiya arasında sağlam tarazlıq tapmaq mümkündür.
– Planın doğru sürətlə və düzgün istiqamətdə getdiyinə necə əmin olursunuz?
- Düzünü desəm, planlar çox vaxt nəzərdə tutulduğu kimi getmir. Amma icranı səmərəli etmək üçün mexanizmlər vacibdir. Necə ki, səyahət edərkən hədəfə çatmaq üçün aydın marşrut lazımdır, biznesdə də yol xəritəsi, mərhələlər və dəqiq addımlar vacibdir.
Burada əsas məsələ göstəricilərdir. Hər mərhələnin niyə vacib olduğunu və bizə nə qazandıracağını dəqiq müəyyənləşdirmək lazımdır. Müştəri sayı, xidmət keyfiyyəti, əməkdaş məmnuniyyəti, bazar payı, istifadəçi statistikası – bunların hər biri layihədən asılı olaraq uğurun meyarına çevrilə bilər. Əgər nəticələr vaxtında və planla üst-üstə düşürsə, deməli, yolumuz da, sürətimiz də doğrudur.
– “Doğru istiqaməti” komandanıza necə çatdırırsınız?
- Əvvəlcə liderin özü inamlı olmalıdır. Əgər sən gördüyün işin yalnız maaş və vəzifə deyil, cəmiyyət və insanlar üçün real dəyər yaratdığına inanırsansa, o ruh başqalarına da keçir.
Məsələn, bu gün mən pərakəndə sektorunda maliyyə direktoru kimi çalışıram, çünki inanıram: pərakəndə yalnız iqtisadiyyat üçün deyil, həm də insanların rifahı, yeni liderlərin və peşəkarların yetişməsi üçün vacib bir platformadır. Bu inamla hər təşəbbüsü paylaşmaq daha asandır: sən sadəcə addımları izah etmirsən, həm də niyə vacib olduğunu göstərirsən.
– Liderlik haqqında ən çox yayılmış yanlış təsəvvür nədir?
- Ən çox rast gəlinən yanlış təsəvvür budur: guya lider hər şeyi bilməlidir. Mənim üçün liderlik – hər şeyi bilirmiş kimi davranmaq deyil, düzgün suallar vermək və insanların öz fikirlərini sərbəst ifadə edə biləcəyi mühiti yaratmaqdır.
Karyeram boyu gördüyüm ən yaxşı ideyalar məndən yox, özünü inamlı hiss edən əməkdaşlardan gəlib. Buna görə də inanıram: liderin əsas missiyası başqalarının yaradıcılığını və zəka potensialını üzə çıxarmaqdır.
– Gələcəkdə liderlik üçün hansı keyfiyyətlər ön planda olacaq?
- Məncə, gələcək onilliyin lideri üç əsas keyfiyyətə sahib olmalıdır: çeviklik, empatiya və vizion. Dünya hər zamankından daha sürətlə dəyişir və lider əsas istiqaməti itirmədən uyğunlaşmağı bacarmalıdır.
Eyni zamanda, empatiya getdikcə daha vacib olur – insanlar liderdən təkcə nəticə deyil, həm də dinləməyi, qayğı göstərməyi gözləyirlər. Və əlbəttə ki, vizion – liderin əbədi kompasıdır. Onsuz sürət də, çeviklik də asanlıqla xaosa çevrilə bilər.
Qısacası, gələcəyin uğurlu liderləri çevik düşünən, insanlarla dərin bağ quran və hamını aydın, mənalı bir gələcəyə aparan rəhbərlər olacaq.
MİA.AZ
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
Burak Özçiviti əvəzləyən aktyora hər bölüm üçün 122 min manat ödəniləcək - Anlaşma əldə olunub
Əslən şirvanlı Faiq Ukraynada həlak oldu
Sabiq icra başçısının həbs müddəti uzadılıb - Məhkəmə qərar verdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Belçikada işçilər işə çıxmaqdan imtina etdi - İctimai nəqliyyat iflic oldu, uçuşlar dayandı
Rövnəq Abdullayevin qayınatası vəfat edib
"RabitəBank" hesabatını açıqladı: nələr baş verir? - CƏDVƏL
Prezident İlham Əliyev daha bir qanunu imzalayıb
Prezident "Ozon qatını dağıdan maddələr haqqında" protokola Kiqali Düzəlişini təsdiqləyib
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
ATƏT sədri Bakıya niyə gəlmədi? - XİN-dən açıqlama
Aparıcı: "Necə sevinə bilərsiniz ki, o deport olunub?
"Belə bir adamı az qala “terrorçu” ediblər" - Namiqdən Aygünün başına toyda gələn olay haqda açıqlama (VİDEO)
Türkiyədə qatar mikroavtobusu vurub - 17 şagird yaralanıb
Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizinin infrastrukturuna baxış keçirib
Venesuelada qızıl mədəni çöküb - 14 mədənçi ölüb
Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
Deputatlar daha 6 məsələni müzakirəyə çıxaracaq - SİYAHI
MSK sabah toplanır: bu deputatın mandatına xitam veriləcək
Əli Əsədov taksilərə bağlı qərar imzalayıb - Dəyişiklik
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
Tural Həsənov yeni vəzifəyə təyinat alıb
Şuşakəndə daha 27 ailə köçürüldü
"Fənərbağça"nın heyətindən kənarlaşdırılan futbolçular danışdı: "Heç nə etmədik..."
Qəzzada evlərinə dönmək istəyən daha 3 fələstinli güllələnib
Sabah yağış yağacaq
Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç olub
Keçmiş icra başçısı Ağstafada dəfn olunacaq
“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti”nə müraciət sayı açıqlandı
“Bakcell” lotereyasında 2-ci “Zeekr 001” səni gözləyir!
ABŞ bu ölkəyə 3 F-35 verdi
Ağdamda skelet qalıqları tapılıb
Bu gün şagird yerdəyişməsinə start verilir
Əli Əsədov bu Agentliyə yeni səlahiyyət verdi - QƏRAR
İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
Bakıda Azərbaycan, Rusiya və İran üçtərəfli görüşü olub, yeni sənəd imzalanıb - "3+3" regional məşvərət mexanizmi..." (Yenilənib)
İnam Kərimov: "Məhkəmə müstəqilliyi bir imtiyaz deyil, həm də məsuliyyətdir" - "...o, hakimin daxili dürüstlüyü və mənəvi inamı..."
Azərbaycan nefti cüzi ucuzlaşıb
FETÖ-yə qarşı əməliyyat: imtahanlara müdaxilə etməkdə şübhəli bilinən şəxslər tutulub
İsrail 13 iordaniyalı məhbusu da azad edib