Övlad mənimdir, qağa, oxutmuram, əl çəkin… - Təbriz VƏFALI YAZIR
18-08-2025 [09:08]
Təbriz VƏFALI
***
Dilim-ağzım qurusun, əgər yalan deyirəmsə. Haşa, canımdan çox sevdiyim ölkəmə şər-böhtan atmaq kimi fikrim yoxdur.
Amma canım üçün Azərbaycan bəlkə də dünyanın yeganə dövlətidir ki, bizim məmləkətin təhsil sistemindən baş açana sorğusuz, sualsız 1 milyon 400 min dollarlıq Nobel mükafatı vermək lazımdır. O qədər qəliz və əndrabadi təhsil sistemimiz var ki…
İşdi-şayəd, fələyin gərdişindən baş açan, zamanın ələyindən ələnən ağıllı əcnəbini Azərbaycana gətirib bizim təhsil sistemi ilə tanış etsən, 2-3 günə qalmaz dəli-divanəyə dönər, “asta qaçan namərddir” deyib tüpürər dabanına, güllədən daha sürətli götürülər, Yamayka dövlətinin yüngül atleti, 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Boltun dünya rekordunu üstələyər, 100 metrlik məsafəni 9,58 saniyədən tez qaçaraq uça-uça gedər öz ölkəsinə və bizim əyalətə yenidən ayaq basmağa tövbə edər.
Nə isə, keçək əsas mətləbə.
Bu ilin iyulun 25-də Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, ali məktəblərdə təhsil haqlarının artırılması ilə bağlı hər hansı bir məsələ hazırda gündəmdə deyil: “Təhsil haqları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənir”.
Amma həmin müşavirin açıqlama verdiyi gündən cəmisi 20 gün sonra, yəni, avqustun 14-də Azərbaycan Tibb Universitetində 2025-2026-cı il tədris ili üçün təhsilhaqqı “Tibb” ixtisası üzrə 2 min manat artırılaraq 6500 manata, “Stomatologiya” ixtisası üzrə isə 2 min artırılaraq 6 min manata çatdırılıb.
Bahalaşmadan danışmışkən, Bakı Dövlət Universitetində 2025-2026-cı tədris ili üçün bır sıra ixtisasların illik təhsil haqları artırılıb. Artım isə 100-500 manat aralığındadır. Adıçəkilən təhsil müəssisəsində ən bahalı ixtisaslarından biri olan “hüquqşünaslıq” üzrə məbləğ 4500 manatdır.
ADA Universitetində “Biznesin idarəedilməsi üzrə magistr proqramı” üzrə ixtisas üzrə təhsilhaqqı 8500 manat müəyyənləşdirilib.
Hələ musiqi sənəti üzrə ixtisaslarda, məsələn, “Dirijorluq”, “Bəstəkarlıq”, “Vokal sənəti” və “İnstrumental ifaçılıq” ixtisaslarında illik təhsil haqqı nə az, nə çox 9000 manatdır. “Dekorativ-tətbiqi sənət” (sahələr üzrə), “Heykəltəraşlıq”, “Rəngkarlıq” ixtisasının illik xərci 7 min manatdır.
Papağımızı qabağımıza qoyub bir tələbənin illik geyim-keçiminin qiymətini 1000 manat, yemək-içməyini, yolpulunu, kirayə pulunu, kommunal xidmətlərə görə ödənişləri də minumum 3000 manat və digər əlavə xərcləri də hesablasaq, bir illik oxumağın 10-15 min manat civarında olduğunu dəqiqləşdirərik.
Vallahi də, billahi də bu rəqəmlərə baxanda adamın başından tüstü, gözlərindən alov çıxır. Digər yandan, oxumağına illik 10-15 min manat xərc çəkiləcək tələbənin ali məktəbdən məzun olduqdan sonra babat maaşı olan münasib iş tapıb-tapa bilməyəcəyi də sual altındadır. Yəni, hər şey Allahın ümidinə qalır. Ona görə də ən yaxşısı, övladımızın tələbə olmaq arzusunu gömək qara torpağa, onun ali təhsil almaqla bağlı muradını gözündə qoyaq, uşağa bir sənətdən, peşədən öyrədək ki, barı gələcəkdə əli çörəyə çatsın, ac qalmasın. Əbəs yerə təhsilə, elmə o qədər xərc çəkməyək, uşaq da ömrünü hədər eləməsin.
Mərhum şairimiz Mirzə Ələkbər Sabir demişkən:
“Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır,
Sair uşaqlar kimi hər sözə aldanmayır,
Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!”
MİA.AZ
"Bu olanlar qarşısında kişi susmaz!" - Rəqsanəni əri Rusiya səfirinə minnətçi düşdü
Türkiyədə kriminal dəstələrə qarşı əməliyyat: 41 nəfər saxlanılıb
MİLYONLARLA QAZ SAYĞACI NİYƏ YARARSIZ ÇIXDI: Çində "Alman istehsalı", Dubay variantı və... - KOMİTƏ SƏDRİ ELƏ İDDİALAR YAYDI Kİ...
881 Çağrı Mərkəzi istifadəyə verildi - FOTO
“Sumqayıt” FK mövsümdə yaxşı siftə elədi - Premyer Liqanın yeni komandalarının debüt həftəsi olub
Ukraynada SOCAR-a məxsus "zapravka" İran PUA-sı ilə vurulub
Astarada 21 yaşlı şəxs 66 yaşlı kişini öldürüb
Övlad mənimdir, qağa, oxutmuram, əl çəkin… - Təbriz VƏFALI YAZIR
Aktyorun üzərinə ağac aşdı, ölümcül xəsarət aldı - Hadisənin VİDEOsu
İordan çayının qərb sahilinə basqın: həbslər var
Peşəkar Futbol Liqası "boz bina"dan uzaqlaşdı
Pakistanda daşqın: ölənlərin sayı 351-ə çatıb
Miri Yusif, Röya, Xəyyam Nisanov, Zamiq Hüseynov... - Onlar milyarderin övladının toyuna hazırlaşır
Qəzzada ölənlərin sayı artıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Məni izləyin" - Tramp belə bir anons verdi
Əməkdar müəllimə ağır itki üz verib (Xəbər yenilənib)
Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib
Rəqsanə İsmayılovanın vəkili danışdı: "Bu, istintaq sirridir..."
Avropa liderləri Vaşinqtona səfər edəcək
Vidadi Babanlı Qazaxda dəfn olunub - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və Rusiya Cənubi Qafqazda sövdələşdi, bəs Ukraynada? - Zelenskinin taleyini həll edəcək cavab nə olacaq?
Yazıçı Vidadi Babanlı vəfat edib
Tramp Avropa liderləri ilə danışıb - Ukraynaya NATO çətiri altında təminat veriləcək?
Sabah rayonlara dolu düşəcək
Azərbaycan təyyarə və helikopterləri təlimdə - VİDEO
ÜÇ NƏFƏRƏ GENERAL RÜTBƏSİ VERİLDİ, ONLARA İSƏ... - Prezident bu şəxsləri təltif etdi
Rəsmi Bakı Pakistana başsağlığı verdi
Xəzər dənizində zəlzələ olub
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Donald Tramp Zelenski ilə zəngləşib - Uzun müzakirə aparılıb
Azərbaycan nefti bahalaşıb
Tovuz rayonunda zəlzələ olub
Goranboyda əkin sahəsində yanğın törədən şəxs cəzalandırılıb
DÜNYANIN GÖZÜ ALYASKADA: Putinlə Tramp 6 il sonra belə görüşdü, otaqda isə pərtlik yarandı - 3 saata yaxın çəkən görüş bitdi + VİDEO, FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR