Laçında müğənni öldürülüb

img

12-08-2025 [22:59]


Laçın rayonunda müğənni öldürülüb.

Mia.az xəbər verir ki, hadisə rayonun Fingə kəndi ərazisində qeydə alınıb.

Belə ki, el arasında müğənni kimi tanınan Səfər Quliyev ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb(report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA