İndoneziyada zəlzələ baş verib -  6,5 bal gücündə 

img

12-08-2025 [15:57]


İndoneziyanın Papua əyalətində zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, 6,5 bal gücündəki zəlzələnin episentri əyalətin Abepura rayonundan 193 kilometr şimal-qərbə təsadüf edib.

10 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR