Artur Masuaku "Sanderlend"ə keçib

img

11-08-2025 [13:01]


"Beşiktaş"la yollarını ayıran Artur Masuaku Premyer Liqa komandalarından "Sanderlend" ilə anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub azad agent futbolçu ilə iki illik müqavilə imzaladıqlarını açıqladı.

Masuaku 2022-ci ildə "Beşiktaş"a keçməzdən əvvəl "Valenciennes", "Olimpiakos" və "Vest Hem Yunayted"də çıxış edib.

Ötən mövsümün sonunda müqaviləsi başa çatan "Beşiktaş"dan ayrılan 31 yaşlı sol cinah müdafiəçisi "ağ-qaralar"ın heyətində 108 matça çıxıb və 3 qol vurub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR