"Kasımpaşa" hollandiyalı sol cinah müdafiəçisi transfer edib

img

08-08-2025 [14:07]


Super Liqa komandalarından "Kasımpaşa" hollandiyalı sol cinah müdafiəçisi Qodfrid Frimponqun transferini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu barədə açıqlama yayıb.

"Yeni transferimiz Qodfrid Frimponqla 2+1 il müddətində müqavilə imzaladı", - deyə açıqlama verən klub onun maaşı haqqında məlumat verməyib.

Frimponq ötən mövsüm Portuqaliyanın "Moreirense" komandasının heyətində 33 matçda iştirak edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR