Tammy Abraham: "Əlimdən gələni etməyə çalışıram"

img

08-08-2025 [11:52]


"Beşiktaş" tarixində avrokubok matçının ilk yarısında het-trik edən ilk futbolçu kimi tarixə düşən Tammy Abraham, 4:1 hesabı ilə qalib gəldikləri "Sent Patrick's" matçından sonra müsahibə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Abraham müsahibəsində oyun haqda belə açıqlama verib:

"Bu futboldur, həmişə belə olub. Biz komandanın ən yaxşı olmasını istəyirik. Yaxşı və pis günlər olacaq. Ən yaxşı komandalar bu pis günlərdən qurtulan komandalardır. Hələ erkən günlərdir. Liqa başlayır və mən həyəcanlıyam. Bu böyük klubda olmaq əla hissdir. Bu, böyük klub və azarkeşlər üçün əlimdən gələni etməyə çalışıram."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR