"Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq” - Tram tarixi sazişi ərəfəsində mühüm mesajlar verdi

img

08-08-2025 [09:15]


"Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm".

Mia.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xalqları uzun illərdir müharibə aparır: "Bu savaş minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir. Sabah (Bu gün - redaksiya) Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacaq. ABŞ bununla həm də Cənubi Qafqazda yeni səhifə açacaq. Həmçinin bölgədə iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə sazişlər imzalanacaq. 

Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”.

Xatırladaq ki, Tramp bu gün Bakı vaxtı ilə 22:30-da Paşinyanla, 23:20-də isə Prezident İlham Əliyevlə görüşəcək. Ondna sonra üç lider birgə görüşüb sazişi imzalayacaqları gözlənilir.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR