Bərdədə meşəlik ərazisində qanunsuz əkin aparılır? - Nazirlikdən açıqlama

img

08-08-2025 [11:37]


13 sayli Bərdə regional Meşə təsərrüfatı mərkəzinin Bük meşəbəyliyində "Aqrobağ" adı altında texniki və bostan sahəsi salınıb.

Bu barədə Mia.az-a Bərdədən verilən məlumata görə, aqrobağın sahibi Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəhbərliyində təmsil olunan şəxslə qohumdur.

İddiaya görə, bu səbəbdən 13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Məzahir Qasımov meşəlik ərazidə əkin sahəsi salınmasına göz yumub: "Çünki oğlu Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin regional şöbəsində vəzifə tutur..."

Xatırladaq ki, qanunla meşə fonduna məxsus torpaq sahəsində təyinatdan kənar əkin aparıla bilməz.

Məlumatla bağlı Ekologiya və Təbii Sərvbətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov  Mia.az-ın sorğusuna cavab olaraq bildirib ki, bir neçə ay əvvəl adıçəkilən mərkəzin rəhbərliyinin quruma məxsus texnikaları öz şəxsi torpaq sahələrində istifadəsinə dair yazı verllib: "Həmin vaxt bu və ya digər məqamlarla bağlı ətraflı araşdırma aparıldı və iddialar təsdiqlənmədi. Yəni, qeyd edilən iddiaların heç bir əsası yoxdur, bunlar həqiqəti əks etdirmir".

P.S. Yazının dərcindən sonra Bərdədən Mia.az-a bildirilib ki, tezliklə faktları əks etdirən videofaktlar göndəriləcək.

Samir MUSAYEV

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR