Rəsmi Moskva üçün "Rus dili" məsləsi: TAKTİKİ BƏHANƏ, YOXSA...
08-08-2025 [09:47]
Elman Cəfərli,
tarix üzrə fəlsəfə doktoru, dosent
YAP Naxçıvan şəhər təşkilatının sədri
***
Bu gün bir internet-televizyasında gedən maraqlı müsahibədə belə bir fikir səsləndirildi ki, ruslar “rus dili məsələsində sanki özlərini bir bəlaya salıblar, qapanmış bir çərçivənin içərisinə salıblar... ruslar bu məsələdə özlərini bir tilsimə salıblar. Sanki rus dili harada istifadə olunursa, bunların siyasətinin kökünü o təşkil edir. Bunlar başa düşmürlər ki, onun mənası yoxdur. Bunu bəhanə edib Ukraynaya girməklə Rusiya nə qazandı?”.
Ardınca, Rusiyanın rus dilinə bu qədər əhəmiyyət verməsi ağılsızlıq kimi qiymətləndirilir və buna arqument kimi, rus əhalinin rus dilinin qadağan olunduğu Baltikyanı dövlətləri tərk etdiyi göstərilir. Fikir müəllifinin danışığından belə aydın oldu ki, Rusiya rus dili məsələsindəki şovinist mövqeyi onun imperialist siyasətinə zərbə vurur. Əlbəttə, bu baxış maraqlı bir mövqeyi ifadə edir. Lakin bizə görə Rusiyanın rus dili məsələsinin yayılması, ən azından keçmiş SSRİ-də ciddi mövqelərinin olduğu ərazilərdə, postsovet məkanının müstəqil dövlətlərində bu dilin tıəsirinin və nüfuzunun qorunub saxlanılması hansısa əraziyə hərbi müdaxilə bəhanəsi yaradan taktiki addım deyil, əslində və daha çox uzunmüddətli strateji hədəfdir.
Fikrimizi izah etmək üçün, tarixi ekskurs edək və dünyada daha çox yayılmış dillərin “imperialist statusuna” baxaq.
II Dünya müharibəsindən sonra planetin siyasi xəritəsi yeni yaranan dövlətlərin hesabına xeyli dəyişdi. Əvvəlcə Almaniyada Üçüncü Reyxin əvəzinə AFR və ADR, Şərqi Avropada sosialist dövlətləri qrupu – Polşa, Çexoslovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Albaniya, Yuqoslaviya, Latın Amerikasında Kuba, Asiyada – İsrail, Birma, Hindistan, Pakistan, Banqladeş, İndoneziya, Sinqapur, Çin Xalq Respublikası, Koreya Respublikası və KXDR, Afrikada isə 50 müstəqil dövlət yarandı. Afrika qitəsi başdan-başa müstəmləkə olduğu üçün xüsusi qeyd edilməlidir ki, 1950-ci illərin əvvəlinədək Afrika qitəsində cəmi 4 müstəqil dövlət – Liberiya, Misir, Efiopiya və CAR vardı. Daha sonra qitənin şimal hissəsində Mərakeş, Liviya, Tunis və Sudan dövlətləri yarandı. Bir ildə 17 müstəqil dövlət yarandığı üçün 1960-cı ili “Afrika ili” adlandırırlar. II Dünya müharibəsinə qədərki, müharibə və hətta müharibədən bir neçə il sonrakı dövrdə 54 müstəqil Afrika dövlətinin 25 Fransa, 15-i Böyük Britaniya (və daha iki dövlətin ərazilərinin bir hissəsi), 3-ü Almaniya, 3-ü İtaliya, 2-si Portuqaliya, 1-i Belçika, 1-i isə İspaniya müstəmləkəsi idi.
Lakin bütün bunlara rəğmən müstəmləkəçilik və imperializm bitmədi, sadəcə şəklini və formasını dəyişdi. Hazırda iqtisadi istismar, təbii sərvətlərin iri dövlətlər tərəfindən talanması dil, təhsil, mədəni təsir vasitəsilə həyata keçirilir.
İngilislər bu şəkil dəyişmə prosesinə bir qədər tez – 1931-ci ildə başlayıb Britaniya (və ya İngilis) Millətlər Cəmiyyətini qurmuşdular (ingiliscə: Commonwealth of Nations). Hazırda bu beynəlxalq icmanın üzvü olan müstəqil dövlətlərin, Afrika, Asiya, Amerika, Avropa və Sakit Okean regionunda yerləşməklə, sayı 56-dır ki, onlardan 16-cı hələ də rəsmi şəkildə Britaniya Taxt-tacının mülkü hesab edilir və Kral sarayından göndərilən general-qubernatorların nəzarəti altında idarə olunurlar (Avstraliya, Kanada, Yeni Zelandiya və s. dövlətlər də daxil). Dünyadakı əhalisi 1,5 milyon və daha az olan 42 kiçik dövlət və ərazidən 33-ü bu Cəmiyyətin üzvüdür. Cəmiyyətin əhatə etdiyi ölkələrdə dünya əhalisinin 1/3-i, yəni 2,7 milyard insan yaşayır ki, bu əhalinin də 60 faizindən (2 milyarddan çox insan) çoxu 29 yaşından aşağı şəxslər, yəni uşaqlar və gənclərdir. Başqa sözlə, ingilis dilinin və dil vasitəsilə ingilis mədəniyyətinin ixrac olunmasına, aşılanmasına həssas insanlar qrupudur.
Müstəmləkəçiliyin digər belə bir simasını dəyişmiş təşkilatı – Fransanın 1970-ci ildə qurduğu Beynəlxalq Frankofoniya Təşkilatıdır (fransızca: Organisation internationale de la Francophonie; abbreviatura: OIF). Bu, fransız dilinin əsas dil olduğu, əhalisinin əhəmiyyətli bir hissəsinin frankofon olduğu və ya fransız mədəniyyəti ilə müəyyən əlaqənin olduğu ölkələri və regionları təmsil edən beynəlxalq təşkilatdır. Təşkilatın hazırda 93 üzv dövləti və hökuməti var. Onlardan 56-sı həqiqi, 5-i assosiativ, 32-si isə müşahidəçi üzvdür. 1970-ci ildə qurulan təşkilat "égalité, complémentarité, sodarité" (bərabərlik, tamamlayıcılıq və həmrəylik) şüarından istifadə edir. Yeni qurulanda yalnız fransızdilli ölkələrdən ibarət kiçik bir təşkilat olsa da, Frankofoniya zaman keçdikcə üzv dövlətləri mədəniyyət, elm, iqtisadiyyat, ədalət və sülh sahələrində əməkdaşlıq edən beynəlxalq təşkilata çevrildi. Təşkilatın saytında onun əsas qurumu kimi Frankofoniya Parlament Assambleyası göstərilsə də, əməkdaşlıq layihələrini həyata keçirən Frankofoniya Universitetləri Assosiasiyası, TV5MONDE (telekanal), Frankofon Şəhərlərin Bələdiyyə Başçılarının Assosiasiyası və İsgəndəriyyədəki Senqor Universiteti.
Frankofoniyanın missiyasının əsas istiqamətləri isə aşağıdakılardır:
– fransız dilini, mədəni və dil müxtəlifliyini təşviq etmək;
– sülh, demokratiya və insan haqlarını təşviq etmək;
– təhsil, təlim, ali təhsil və tədqiqatları dəstəkləmək;
– davamlı inkişafı gücləndirmək üçün iqtisadi əməkdaşlığı inkişaf etdirmək.
Hazırda beş qitədə 321 milyondan çox frankofon vardır ki, bu da fransız dilini dünyanın ən çox danışılan 5-ci dilinə, o cümlədən internet məkanında 4-cü populyar dilə çevirib. Hazırda dünyada 144 milyon insan fransız dilini öyrənmək üçün təhsil alır.
Nəhayət, Böyük coğrafi kəşflər dövründə İspaniya ilə yanaşı, kiçik dövlət olmasına baxmayaraq, böyük müstəmləkələrə sahib olan Portuqaliya haqqında bir neçə kəlmə qeyd edək. Portuqaliyanın müstəmləkəsizləşdirilməsindən təxminən 20 il sonra – 1996-cı ildə Lissabonda 7 dövlət (Portuqaliya, Braziliya, Anqola, Kabo-Verde, Qvineya-Bisau, Mozambik, San-Tome və Prinsiplər) tərəfindən Portuqal Dilli Ölkələrin İcması (portuqalca: Comunidade dos Países de Língua Portuguesa; abbreviatura: CPLP), beynəlxalq təşkilat kimi yaradıldı. Lusofon Birliyi (Comunidade Lusófona) kimi də tanınan təşkilat portuqal dilinin rəsmi dil olduğu Afrika, Amerika, Asiya, Avropa və Okeaniyada yerləşən dövlətlərin beynəlxalq təşkilatı və siyasi birliyidir. CPLP hökumətlərin, iqtisadiyyatların, qeyri-hökumət təşkilatlarının və lusofoniya (portuqaldilli) xalqlarının qarşılıqlı əməkdaşlığı üçün imtiyazlı çoxtərəfli forum kimi fəaliyyət göstərir. CPLP-yə ümumilikdə 43 üzv daxildir ki, onlardan 9-u rəsmi üzv-dövlət, 34-ü assosiativ müşahidəçidir ki, onlardan da 30-u dövlət, 4-ü təşkilatdır. Hazırda rəsmi şəkildə müraciət edərək, Qalisiya (İspaniyanın muxtar regionu), Makao (Çinin xüsusi inzibati regionu) və Uruqvay CPLP-yə tam üzvlük, daha 17 ölkə isə assosiasiativ müşahidəçi olmaq istəyirlər.
2009-cu ildə CPLP hər il mayın 5-ni portuqal dili və mədəniyyəti günü kimi bəyan etdi. 10 il sonra, 2019-cu ildə YUNESKO-nun Baş konfransı portuqal dilinin əsas beynəlxalq ünsiyyət, eləcə də elm, mədəniyyət, iqtisadiyyat və diplomatiya dili olduğunu əsas göstərməklə, 5 mayı “Beynəlxalq portuqal dili günü” elan etdi. Hazırda dünya əhalisinin 3,7 faizi (300 milyon nəfərə yaxın) bu dildə danışır. CPLP üzvü olan 9 ölkənin hamısında portuqal dili rəsmi dildir, Braziliya isə 210 milyondan çox əhalisi ilə bu dilin ən populyar olduğu ölkədir. 21-ci əsrin sonunda portuqal dilində danışan dünya əhalisinin sayının yarım milyard nəfəri ötəcəyi ehtimal edilir. Yeri gəlmişkən, portuqal dili internetdə ən geniş istifadə olunan 5-ci, facebook-da isə 4-cü dildir.
Beləliklə, iqtisadiyyatdan başqa, dilin, mədəniyyətin, elmin, təhsilin hazırda dünyada əsas müstəmləkəçilik aləti olduğu aydındır. Başqa sözlə, indi keçmiş müstəmləkəçilər öz istismar siyasətlərinə hərbi müdaxilədən daha uzun müddət tələb etsə də, məhz bu alətlər vasitəsilə həyata keçirirlər.
Bütün bunlardan sonra, zənnimcə, Rusiyanın niyə “rus dili məsələsi”nə bu qədər ciddi yanaşdığını xüsusi sübut etməyə ehtiyac qalmır. Xüsusən nəzərə alsaq ki, Rusiyanın nə iqtisadi (qismən getdikcə əhəmiyyəti azalan enerji (neft-qaz) rıçaqları istisna olmaqla), nə mədəni, nə elmi, nə də təhsil vasitəsilə hansısa dövlətə ciddi təsir edə biləcəyi real görünmür. Rusiyanın əlində yalnız rus dili qalır. Rus dilinin təsiri isə, yalnız 70 il SSRİ tərkibində zor hesabına saxladığı postsovet məkanının hazırkı müstəqil milli dövlətlərində mümkündür. Hətta bu dövlətlərin belə hamısında yox.
Yeri gəlmişkən, Rusiya rus dilinə elə bu milli respublikaları keçmiş SSRİ kimi öz təsir orbitində saxlamaq üçün vasitə kimi baxır. Ələlxüsus, hərbi cəhətdən nəhəngliyi illuziyası da son 3 ildə Ukraynada ciddi zərbə aldıqdan sonra, rus dili “şimal ayısı”nın son “saman çöpü”dür.
Rusiya rus dilinə mədəni təsir vasitəsi kimi baxır, amma ingilislərdən, fransızlardan, portuqallardan fərqli olaraq, öz dilinə mədəni təsir donunu geyindirə, onu mədəni şəkildə sırıya bilmir, burada belə, öz ənənəvi vəhşi xislətinə əl ataraq, öz məqsədinə zorakılıqla çatmaq yolunu tutur...
MİA.AZ
"Bilirəm ki, sabah xəstələnsəm, başımı yerə qoysam..." - Xalq artisti "Bundan sonra özüm üçün yaşayacağam" deyir
Danimarkada məktəbdə qan tökmək istəyən şagirdlər saxlanıldı
Sabahın hava proqnozu açıqlandı
Çağdaş Atan: "Növbəti mərhələyə yüksəlmək istəyirik"
Təhsil deyirsiniz, almışıq, bal deyirsiniz, toplamışıq, indi nə etməliyik?" - Müəllmlər şikayətlənir + VİDEO
Tammy Abraham: "Əlimdən gələni etməyə çalışıram"
Ole Qunnar Solskjaer: "Qazandığımız üçün xoşbəxtəm"
"Sivasspor" Luan Kamposla anlaşıb
Mərkəzi Bank sədri özünə daha bir müşavir götürüb
12 illik təhsil sisteminə keçilir? - Nazirlikdən açıqlama
Bu bankların əmlakları hərraca çıxarıldı
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
AZAL-ın sabiq prezidenti: "Xahiş edirəm, məndən əl çəksinlər" - "Bunlar manyakdırlar, mən o qədər pulu götürüb hara gedə bilərəm ki?"
Ağdərədə meşədə yanğın başlayıb
Rəsmi Moskva üçün "Rus dili" məsləsi: TAKTİKİ BƏHANƏ, YOXSA...
Azərbaycan nefti 67 dollara endi
İsrail Təhlükəsizlik Şurası Qəzzaya nəzarət planını təsdiqləyib - HƏMAS necə "ovlanacaq"?
"Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq” - Tram tarixi sazişi ərəfəsində mühüm mesajlar verdi
“20 Yanvar” stansiyasında körpə dünyaya gətirib
Tayvan MN: "Adanın ətrafında 47 Çin hərbi təyyarəsi görünüb"
Konfrans Liqası: komandalarımız uduzdu
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Vaşinqtonda - Trampın xüsusi elçisi ilə görüş oldu, yeni sənəd imzalandı - FOTOLAR
Papua Yeni Qvineyada güclü zəlzələ olub
Türkiyə kəşfiyyatı daha bir FETÖ mənsubunu həbs edib
Rəqqasə blogerləri ələ salıb: "...ünvanıma təhqir yazırlar"
"Modelə 5-10 min verirsən, gəlib yanında oturur"
AAYDA-nın sahə rəisi həbs olunub
Avrokubok oyunlarından hansı Naxçıvanda keçirilə bilər? - “Araz-Naxçıvan”a “mövsümi klub” gözüylə baxmaqdan vaz keçin (VİDEO)
Qəzzada son 24 saatdakı itki: 100 ölü, 603 yaralı var
Masallıda meşə yanıb - VİDEO
Yasamalda “İzmir” restoranında yoxlama keçirilib
Hakan Fidan Dəməşqdə - Suriya prezidenti ilə görüş olub + FOTO
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
Bahalı saatlar, məşhur rəssamların əl işləri... - Akif Həsənovun bağ evində nə baş verib?
Ərdoğan BBP sədrini qəbul edib - FOTO
Xəzər dənizinin sahilini çirkləndirənlər məsuliyyətə cəlb olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan hava şəraiti dəyişəcək - Açıqlama
İLHAM ƏLİYEV ABŞ-da - FOTOLAR
Astarada 62 yaşlı kişi dənizdə boğulub
Sem Stejin: "Bizi çətin qarşılaşma gözləyir"
Joze Mourinyo: "İndidən İstanbula - cəhənnəmə xoş gəldiniz!"
Robin Van Persi: "Gələn həftə nə olacağını görəcəyik"