Təhlükəli tendensiya: DİM-in planı "plansız Azərbaycanlı" yaratmaqdırmı?
28-07-2025 [18:35]
Fazil Əhməd istedadlı həmkarımızdır. UNEC-in məzunudur, gənclik illərindən mediada çalışır. Zəhmətkeş, məsuliyyətli, milli düşüncəli insandır, gözəl ailəsi, savadlı övladları var. Yüksək gəlirli fəaliyyət sahəsi olmayan jurnalistikada illərdir, necə deyərlər, külüng çalır. Alnının tərini övladlarının yaxşı təhsilə, karyeraya malik olması üçün tökür. Bir Azərbaycan insanı üçün spesifik xüsusiyyətlərdir, təqdir olunmalı, dəstəklənməlidir. Fəqət təhsil sistemi elə hala düşüb ki, Fazil Əhmədin timsalında bizim kimi boğazından kəsib uşaq oxudanlar artıq dillənməyə bilmir.
Tanınmış jurnalist vəziyyəti kəskin tənqid edərək yazır: “Azərbaycan artıq imtahanlar ölkəsinə çevrilib”.
Azərbaycanın imtahanlar ölkəsinə çevrilməsində ən böyük məsuliyyəti Dövlət İmthan Mərkəzi və şəxsən Mərkəzin sədri Məleykə Abbaszadə daşıyır. Məhz bu qurumun və onun başçısının hər cür tənqidi haqq edən fəaliyyəti sayəsində elə Fazil dostumuzun da yazdığı kimi, Elm və Təhsil Nazirliyinin dövlətin adından verdiyi və ali təhsili təsdiq edən yeganə sənəd olan diplomların imtahana buraxılış qəbzindən ötə heç bir funksiyası qalmayıb. Dəfələrlə yazmışam, bir daha təkrar edirəm. Bu, olduqca təhlükəli tendensiyadır, arxadaşlar! Cəmiyyətin sosial dinamikalarını yanlış istiqamətə sürükləmək, gəncləri sistemdən kənarlaşdıraraq marginallaşdırmaq gələcəyimizin altına mina basdırmaqdır.
Azərbaycanda DİM tərəfindən keçirilən heç bir imtahanın milli elmi potensialımızın inkişafına heç bir faydası yoxdur- bunu qətiyyətlə deyirəm. Əgər tərəqqi bir cəmiyyətin yenilik yaratmaq potensialı ilə bağlıdırsa, DİM bu potensialı şagird və tələbələri, məzunları test texnologiyaları öyrənməyə sövq etməklə, yaradıcı və tənqidi düşüncədən uzaq salmaqla, davamlı təhsildə rəqabəti süni şəkildə şişirtməklə məhv edir.
Azərbaycan vətəndaşı DİM-in silsilə imtahanları ilə şəxsiyyət kimi formalaşa, inkişaf edə, özünü aktuallaşdıra və reallaşdırma bilmir. Erkən yaşlardan başlayaraq çoxsaylı imtahanlara çəkilən yeni nəsil nümayəndələrində özünəinam zəifləyir, xroniki stress, narahatlıq, repetitor kurslarına gedən yollarda çəkilən əziyyət son nəticədə kütləvi depressiya və özünü dəyərsiz hissetmə halları yaradır. Ailələr təkcə repetitorlara deyil, psixoloqlara, həkimlərə, dava-dərmana da pul tökməli olurlar. İmtahan marafonunun iştirakçısına çevrilmiş valideynlər həm maddi, həm də psixoloji baxımdan yüklənir, bir evin içində başı Məleykə Abbaszadənin testologiyasına qarışmış uşaqları ilə normal ünsiyyət qura bilmir, ailədaxili emosional bağlar zəifləyir. Təhsilin sıradan çıxdığı, ailənin böhran keçirdiyi cəmiyyətlərdə yeniyetmələr kriminala, radikal təriqətlərə, intihara meyil etməli olurlar.
DİM cəmiyyətdə sosial ədalət duyğusuna ən ciddi zərbə vuran qurumdur. Repetitorluğun, “gizli kurilkumun”, “qara təhsil bazarı”nın gündən-günə genişlənməsi az-çox maddi imkanı olan ailələrin övladlarına testlərə hazırlaşmaq imkanı verir. Ölkənin hər yerində hazırlıq kursları, repititor bazarı sürətlə böyüyür. Orta və ali məktəblərin həndəvərlərində təhsil müəssisələri ilə yarışan kurslar açılır, müəllimlərin bir çoxunun həyətində hazırlıq keçmək üçün damlar inşa edilir. Bir nəfər üçün ayda ən azı 400 manat hazırlığa pul ödəmək olmayanlar, yaxud bir neçə uşaqdan yalnız birini hazırlaşdırmağa gücü yetən aztəminatlı ailələrin övladlarının təhsil hüququ havadan asılı qalır.
Nə verir bütün bunlar sonda Azərbaycan insanına?
Peşəkar inkişafla bağlı təşkil olunan test və müsahibələr:
- İnsanları sadəcə "imtahan verə bilən" varlığa çevirir.
- Praktiki bacarıqlar, təcrübə, intellektual çeviklik, məsuliyyət hissi kimi keyfiyyətlər nəzərə alınmır.
- Sistem "imtahanla yüksələn" əzbərçi, lakin peşəkar performansı zəif olan məmurlar yaradır.
- Yenilik və təşəbbüskarlıq ruhu öldürülür, çünki insanlar daim “keçid dövrü” psixologiyası ilə yaşayırlar.
- Taksi sürücülərindən tutmuş mühasiblərə, xırda inzibati vəzifələrdən başlamış hakimlərə qədər cəmiyyətdə və dövlət sistemində yer tutmaq üçün hər kəsin sertifikatlaşdırılması, qarşılığında hüquq verən rəsmi sənədlərin heçə sayılması bütövlükdə resursların dayanıqlılığını sarsıdır.
Ancaq bir məsələ var ki, yuxarıda söylədiklərim hələ onun yanında heç problem sayılmağa da layiq deyil. Məleykə Abbaszadənin sədri olduğu DİM-in sayəsində bu ölkənin parlaq zəkaları PLAN QURMAQ sərbəstliyindən və imkanından məhrum olublar. Tərəqqi- iqtisadi artım və texnoloji inkişafdan ibarət deyil, həm də fərdin və cəmiyyətin gələcəklə bağlı strateji düşünmə bacarığıdır. Bu çərçivədə plan qurma, yəni qarşıya məqsəd qoyma və ona doğru sistemli şəkildə hərəkət etmə, şəxsi inkişafın və ictimai yüksəlişin əsas şərtlərindən biridir. Plan quran insanın həyatı testlərdən ibarət ola bilməz, o prioritet müəyyənləşdirməlidir.
Azərbaycan Prezidenti uzun illərdir ki, ölkəmizin insan kapitalının inkişafı üçün çalışır, bunu bir milli vəzifə sayır. İnsan kapitalının inkişafı istehlakçı cəmiyyətdən istehsalçı cəmiyyətə keçid deməkdir. Plansız insan istehsalçı ola bilməz! İstehsalçı cəmiyyət modelində həm dövlət, həm də vətəndaş plan qura bilməlidir. Qarşılıqlı məsuliyyət və qarşılıqlı proqnozlaşdırma ilə ictimai müqavilədə təsbit olunan hüquqlar reallaşmalıdır. Lakin bir-birindən ağır imtahan silsilələri ilə bütün sahələrdə daimi qiymətləndirməyə məruz qoyulan vətəndaş cəmiyyət içində sabitləşə və öz gələcəyindən arxayın ola bilmir, “macəradırsa, macəra” deyib xaricə üz tutmalı olur.
Vaxt itirmədən bu problemlərə bir əncam çəkilməlidir. Həyatını prezident İlham Əliyevin siyasi kursuna bağlayan, intellektual medianın təmsilçisi olan, ziyalı bir ailənın başçısı kimi müvafiq dövlət qurumlarına və səlahiyyətli şəxslərə səslənir, dönə-dönə xahiş edirəm:
Dövlət İmtahan Mərkəzinin səlahiyyətlərini və funksionallığını çərçivəyə salın, ali məktəb diplomlarını qanunda nəzərdə tutulduğu kimi ali təhsili təsdiq edən yeganə sənədə çevirin, təhsilin müxtəlif pillələrinə, akademik fəaliyyətə, dövlət qulluğuna qəbul sferasında “paralel yapı”ya dönmüş bu qurumun rəsmi təhsilə alternativ proqramlar və tələblər formalaşdırmasına son verin.
Bütün bunlar təkcə mənim təklifim deyil- ölkənin əksər təhsil ekspertləri, elm adamları, millət vəkilləri, dövlət idarəçiliyində təcrübəsi olan siyasi xadimlər bu yöndə dəfələrlə çağırış ediblər. Ali məktəblərə qəbul imtahanlarında birinci və ikinci cəhd arasında abituriyentlər 60-dan yuxarı bal itirirlər. “Smart saat”la imtahandan qovulan abituriyentlərin olduğu ölkədə informatikadan kağız üzərində imtahan götürülür. Magistr olmaq istəyən, bakalavr pilləsində məntiq keçməmiş tələbələrin qarşısına “məntiqi dünyagörüş” adı altında tapmacalar qoyulur. Süni İntellektin hər kəsə 100-lərlə dildə peşəkar tərcüməçilik etdiyi çağda doktoranturaya qəbulda C1 səviyyəsində ingilis dili yoxlanılır. Dövlət qulluğuna qəbul üçün az qala BDU-nun hüquq fakültəsinin rəsmi proqramını mənimsəmək tələb edilir, özü də Konstitusiya, “Hüququn əsasları” ali məktəblərdə tədris olunmadan.
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini son illərdə bitirmiş iki doğmam var. Biri öz övladım, o biri bacımın oğlu. İkisi də işsiz-gücsüz qalıb.
Öz ixtisas sahələrini yetərincə yaxşı mənimsədikləri halda, “alternativ təhsil proqramları” ucbatından bir yana çıxa bilmirlər. Universiteti bitirən gənclərimiz repetitorlardan can qurtara bilmirlər. Nə qədər dəqiqdir bilmirəm, eşitdiyimə görə, Azərbaycanda xeyli hakim postu hazırda boşdur. Amma ölkənin ən nüfuzlu universitetlərinin hüquq fakültəsindən məzun olanlar, üstəlik, bir neçə il hüquq sahəsində çalışanlar testdən keçib hakim ola bilmirlər. BDU-nun Şərqşünaslıq fakültəsi ərəb filologiyası ilə magistr yetişdirə bilmir. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura yerləri boş qalır.
Magistraturaya son qəbul imtahanlarında yetərincə yer və yetərincə iddiaçı olduğu halda, 3 mindən çox plan yeri tutulmayıb. Təsəvvür edin, dövlət yer ayırır, gənclər təhsilini davam etdirmək istəyir, Məleykə Abbaszadənin qurduğu sistem dövlətin inkişaf strategiyası ilə gənclərin planları arasında baryerə çevrilir.
Düşünməli, çıxış yolu tapmalı, “sosial lift”in qapılarını açmalı, təhsil sistemini təcili dəyişməliyik.
Azərbaycan yeni dünya düzəninin müəyyənləşdiyi tarixi mərhələyə tarixində ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş dövlət milləti kimi daxil olub. Dövlət başçımız İlham Əliyev misilsiz bir liderlik nümunəsi yaradaraq Azərbaycanı yeni dünya düzənində “orta güc”ə çevirir. Bacarırıqsa, ona kömək edək, hər birimiz öz sahəmizdə ən azı problem yaratmamaqla cəmiyyəti süni yüklənməyə sövq etməyək. Əks halda, dövlət milli təhlükəsizliyimizi təhdid edən hər kəsi sorğulamağa qadirdir və əminəm ki, o gün uzaqda deyil!
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" Orteqaya "elçi" düşüb
"Qalatasaray" Canluici Donnarummanı transfer etmək istəyir
"BİRBANK"ın MİN OYUNU: Kasıba “kuryer” tələsi, varlıya isə...
ABŞ-də atışma olub, xəsarət alanlar var
Xaçmazda dənizdə kişi meyiti aşkarlanıb
Tramp ABŞ ilə razılaşmayan ölkələr üçün rüsumların həcmini açıqlayıb
"Alanyaspor" braziliyalı qapıçı transfer edib
Qəzzada son 24 saatdakı itki: 100 fələstinli öldürülüb
Əkrəm İmamoğlunun magistr diplomu da ləğv olundu
Qarabağ zonasında daha 1354.2 hektar ərazi minadan təmizlənib
Dövlət xadimləri adından saxta açıqlamalar yayılıb - FOTO
Rəsmi Moskva: "Putinlə Tramp arasında görüş gözlənilmir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bibiheybət yolunda hərəkət məhdudlaşdırılacaq
İMTAHAN FIRILDAĞI: texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i - Osman GÜNDÜZ YAZIR
Yalançı şahidlik tələb edən məktəb direktoru: töhmətlə "iş bağlanb" - BŞTİ-dən qeyri-adı qərar
Gəncənin girişindəki şəhid plakatları götürülüb - FOTO
Hesablama Palatasında Kollegiya iclası keçirilib
Keçmiş mətbuat katibi deputat köməkçisi təyin olunub
“Əgər ABŞ şirkətləri ilə işləyirlərsə..." - Hikmət Hacıyevin Zəngəzur dəhlizi ilə bağlı mesajının görünməyən tərəfləri... (TƏHLİL)
47 yaşlı şəxs 63 yaşlı həmyerlisini öldürülüb
Əli Əsədov yeni qərar imzalayıb
İŞIQLA BAĞLI YENİ QANUN TƏSDİQLƏNDİ - Sabit tarif nə deməkdir?
Müdafiə Sənayesi Nazirliyinin vəzifəli şəxslərinə əlavə səlahiyyət verildi - Fərman
Milli Qəhrəman Natiq Qasımovun anası dəfn olunub - FOTOLAR
Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? - İnternet provayder abunəçiləri 191-ə "dolayıb"
Vilayət Eyvazovdan növbəti sıra baxışı: 214 nəfər növbəti mərhələyə buraxıldı - VİDEO
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
Ceyhun Bayramovla Özbəkistan XİN başçısı telefonda danışdı - Nələr müzakirə olunub?
"Renn" Frankovski ilə maraqlanır
"Göztəpə" yarımmüdafiəçi transfer edib
"Dinamo Moskva" Bəxtiyor Zaynutdinovu transfer edib
Sabah isti hava olacaq - Proqnoz
"Spartak Moskva" Gedson Fernandesi transfer edir
"İnter Mayami" Rodriqo de Paulla anlaşıb
Ballıca kəndinə növbəti köç olub
"Kalyari" Semih Kılıçsoyla danışıqlar aparır
Bakıda məsciddə şok olay: qazi məsciddə yatan xeyriyyəçini 32 bıçaq zərbəsiylə öldürüb (Yeniləniib)
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hüquqla müalicə” adlı dəyirmi masa keçirilib
Abşeronda dənizdə iki nəfər boğulub
İlham Əliyev Peru prezidentinə məktub göndərib - MƏTN