SOCAR BU BANKA RƏSMƏN SAHİBLƏNDİ - Vitse-prezidentlər nəzarətçi statusunu alıblar

img

28-07-2025 [17:12]


"Azər-Türk Bank" ASC-nin səhmlərinin 51 %-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsi yekunlaşıb.

Bu barədə Bankın idarəetməsində olduğu Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.

Bankın səhmlərinin 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 milyon manatdır(report).

Yeri gəlmişkən, bu proses nəticəsində "Azər Türk Bank”ın (ATB) rəhbərliyində də dəyişiklik olub.

Mia.az-ın məlumatına görə, SOCAR-ın vitse-prezidentləri Əfqan İsayev və Zaur Qurbanov bankın Müşahidə Şurasının üzvü təyin edilib. Onlar müvafiq olaraq Günel Nəbiyeva ilə Pərvin Manafovdan boşalan vəzifələri tutublar.

Mia.az-ın əldə etdiyi məlumata görə, bu xəbərlə bağlı sosial mediada yayılanların əksinə, hər iki vitse-prezident SOCAR-da postlarında qalırlar.

Yeri gəlmişkən, SOCAR-ın bir vitse-prezidenti isə son bir neçə ayda AFFA-dakı kadr təyinatlarına "müdaxilə"lərlə diqqətççi çəkməyə başlayıb.

Hətta onlardan birinin "Azerlotereya"a "kilid vəzifə" tutan qardaşının liderlik etdiyi dəstə artıq AFFA-da qeyri-rəsmi gücə çevrilib, təyinatlara təqdimar verir, maliyyənin bölüşdürülməsində mühüm rəy verirlər...

Bu mövzuda da araşdırmamamız davam edir.

F.ƏHMƏD

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR