Quru xəbər, yalan vəd, yoxsa həqiqət? - İctimaiyyətə nə lazımdır...
25-07-2025 [09:04]
Elşad MƏMMƏDLİ
***
Həqiqətləri gizlətmək “kommunikasiyası” – müasir sözçülük qaydaları nə tələb edir?
Çağdaş dövrümüzdə nəinki 5-10 il əvvəllə, hətta 1 il öncə ilə müqayisədə çox fərqli jurnalistika, maarifləndirmə qaydaları, xeyli dəyişmiş məlumatlandırma, kommunikasiya qurma tələbləri meydana çıxıb. Əlbəttə, ictimaiyyətlə işləyərkən informativ planda təməl prinsipləri daim dəyişməz olaraq qalacaq.
Ancaq müasir dövrdə maarifçi jurnalistlər, ictimaiyyətlə əlaqələrə məsul edilmiş şəxslər insanlara təkcə quru xəbər verib aradan çıxmamalıdır. Quru informasiyanı artıq sadə vətəndaşlar özləri Tik-tokdan, facebookdan daha operativ, amma kor-təbii verir. İndi jurnalistlər, sözçülər üçün vacib olanı – HƏQİQƏTLƏRİ maksimum sürətlə çatdırmaq, reallıqları ustalıqla izah etməyi bacarmaqdır.
Xüsusilə hansısa xaos, problem yarananda, hadisə baş verəndə kommunikasiyaya cavabdehlər öz bacarıqsızlığını gizlətmək üçün vətəndaşı borclu çıxarmamalıdır! Əgər ictimaiyyətlə əlaqələrə məsul edilmiş şəxs ilkin quru xəbərlə kifayətlənib sosial şəbəkələrdə vətəndaşların suallarını cavabsız, izahsız qoyursa, sorğuları cavablandırmağa, səbəbləri izah etməyə potensialı, səbri, zəkası çatmırsa, bu, vətəndaşlara və hökumətə ən böyük pislikdir. Faktiki həmin qurumu hökumətin əsl müxalifəti saymaq lazımdır.
Cəmiyyəti müasir informasiya alətləri, sosial media vasitəsilə operativ və doğru məlumatlandırmaq bildiyimiz həqiqətlərdir.
Lakin bunu sadəcə deməklə, gileylənməklə iş bitmir, praktikada görməliyik.
İnsanları ən çox tədirgin edən, bəzən hökumətdən narazı salan başlıca amil kommunal, sosial xidmətlərlə bağlıdır.
Əlbəttə, xidmət sektorunda çatışmazlıqlar, yarıtmaz hallar, fors-major hadisələr həmişə olub və olacaq. Bunun toplu narazılıqlarla nəticələnməməsi üçün isə yeni qaydalarla işlənməlidir. Statistika xatirinə məlumatlandırma artıq keçərli deyil, bütün platformalarda ictimaiyyətlə saniyə-saniyə işlənməlidir. Dünya praktikası belədir.
Əgər hər hansı qurum fəaliyyətinə aid məsələ, problemlə, hadisə ilə bağlı ictimaiyyətə başdansovdu xəbər verib bununla işini bitmiş sayacaqsa, sorğulardan qaçılacaqsa, çox arzuolunmaz vəziyyət yaranacaq - sosial xidmətlərdə də, bütün digər sahələrdə də. Məsələn, əhaliyə sadəcə elan ediləcəksə ki, sabah filan ərazidə, məsələn, 16-20 iyulda su, işıq, qaz, yol olmayacaq, 21-də veriləcək (açılacaq), amma heç 23 iyulda da olmayacaqsa, bu, açıq-aşkar yüz minlərlə insanı aldatmaq, ələ salmaqdır. Ciddi qurum belə davrana bilməz. Üstəlik, əhalinin haqlı harayına, sorğularına da əhəmiyyət verilməyəcəksə, “mənlik deyil” söyləniləcəksə, çağrı mərkəzləri adamlara "bilmirik", yaxud sərt reaksiyaları verəcəksə, sosial şəbəkələrdə heç bir suala cavab olmayacaqsa, rəsmi səhifələrdə insanları iqnor etməklə, saymamaqla işi bitmiş hesab edəcəklərsə, əsl problem elə bu olacaq. Hətta bu zaman nəinki ictimaiyyət, redaksiyalar, sosial problemlərdən yazan jurnalistlər özləri də o quruma qarşı çevriləcək, haqlı olaraq.
Həqiqətləri demək, operativ ola bilmək, izahatdan qaçmamaq, insanlarla çox həssaslıqla işləmək niyə vacibata çevrilib?
Bir nümunə: Bir müddət əvvəl 20 yanvar ətrafında Kinostudiyanın bir anbarında partlayış-yanğın oldu. Xəbəri insanlar artıq sosial şəbəkələrdən tumuşdu, sadə vətəndaşlar Tik-tok-da canlı yayın açmışdılar. Dərhal da missioner, təxribatçı qruplar hərəkətə keçmişdi: bir anda sosial şəbəkələrdə şayiə yayıldı ki, guya "Alov" zavodu partlayıb. Ardınca təxribatçı iddialar gəldi; həmin günlərdə İsrail-İran savaşı gedirdi, belə yalan dövriyyəyə buraxıldı ki, İran guya Bakıya raket atıb.
Bu zaman vacib olan həqiqəti çatdırmaq başlıca şərt oldu. Hadisədən hər kəs xəbər tutmuşdu, həqiqəti operativ çatdırmaq üçün isə DİN, MN, FHN, MSN hərəkətə keçdilər, operativ media ilə əlaqəli şəkildə həqiqət elan edildi, insanlardakı təlaşlanma dayandı. Həmin zaman kəsiyində Tiktokda, facebookda yalanların ayaq açdığı azı 20 səhifə ilə rastlaşdım, sadəcə küyə düşmüşdülər. Həqiqəti orada paylaşan kimi vəziyyət dəyişdi səhifədə...
Son dönəmlər sosial şəbəkələrdə operativ reaksiyalar verən qurumların müşahidəsini aparıram. Həm bu qurumların, həm sözçülərin özlərinin nüfuzu artır, həm ictimaiyyət rahatlaşır, aqressivləşmir. Çünki əhali görür ki, onu SAYIRLAR və sakitləşir. Məsələn, DİN-in sözçüsü Elşad Hacıyev gecə saat 2-də də yazılan həyəcanlı şərhə, xəbərə dərhal reaksiya verir, odur ki, bu quruma aid kütləvi aqressiya müşahidə olunmur, əsasən təşəkkürləri görürük. “Azərişıq” sözçüsü Pərvanə Kazımzadə də gecə saat 12-də sosial şəbəkədə şəxsən yazdığım bir problemə dərhal reaksiya verdi və aradan qaldırıldı. Əlbəttə, digər nümunələr də var.
Beləliklə, ortaya çıxan bir nəticə var: Bütünlükdə kommunikasiya, həqiqətləri çatdırmaq işi hər kəsin bacaracağı, enerjisi, ağlı çatan məsələ deyil. Bunu işi mükəmməl bilən, məsuliyyətini dərk edən, insanlara aqressiv yanaşmayan, xaraktercə sabit, stabil, ZƏKİ adam bacaracaq. Böhran vəziyyətində isə ayrı bir çeviklik olmalıdır.
İctimaiyyətlə əlaqələndirici postunda qurumun daxilindən sıradan bir şəxs, yaxud jurnalistikadan gəlsə də, kəmhövsələ, bu vəzifəyə yalnız öz nakam arzularını gerçəkləşdirmək məkanı kimi baxan adam olmamalıdır! İctimaiyyətlə əlaqələrə məsul edilən şəxs birmənalı şəkildə özünü, sözünü təsdiqləmiş adam olmalıdır, ona güvən, inam olmalıdır! Anormal, düşünülməmiş davranışları, iddiaları ilə söz-söhbət yaratmayan, insanları qıcıqlandırmayan, kükrətməyən biri olmalıdır. Hökumətin özünə də ziyan vuran biri olmamalıdır. Azı 10 il operativ mediada, sektorda birbaşa ictimaiyyətlə, insanlarla, problemlərlə işləmiş, media, həmkarları ilə yaxşı, səmimi əlaqələri olan, kommunikasiya bacarıqları qazanmış, cığallıq etməyən, informasiya çatırdırılmasına, reaksiya verməyə ərinməyən şəxs olmalıdır.
Hansısa yolla, əlacsızlıqdan sözçü edilən, “mənim işim 18:00-da bitib” deyən, telefonlara, sosial şəbəkədə yazılanlara dərhal reaksiya verməyən, vətəndaşı haqlı-haqız borclu çıxaran (xidmət sahəsində vətəndaş müştəridir, müştəri isə həmişə haqlıdır), acılayan, səbrli, təmkinli, əsəblərini idarə edə bilməyən sözçü isə həm ictimaiyyətə problemlər yaradacaq, adamları hökumətə qarşı çevirməyə vəsilə olacaq, həm də çalışdığı qurumun nüfuzu yerlə bir olacaq.
İctimaiyyətə xidmətə, fəaliyyətə aid təkcə xəbəri yox, həqiqətləri çatdırmaqda təbii ki, peşəkar mediadan və onun sosial şəbəkələrdəki imkanlarından istifadə çox mühümdür və əvəzsizdir. Düzdür, hazırda ölkəmizdə əksər qurumlar media ilə işləyir. Ancaq bəzilərinin burada məqsədi yalnız qurumun rəhbərliyinin qanunsuz əməlləri, yarıtmaz fəaliyyət ortaya çıxanda onların mediada işıqlandırılmamasına nail olmaqdır.
Media ilə əməkdaşlıqda başlıca məqsəd xüsusilə həssas məqamlarda, böhran vəziyyətində həqiqətləri çatdırmaq üçün bu platformadan dərhal istifadə etmək olmalıdır. İnformasiya təminatı ilə bağlanmış müqavilədə redaksiyadan əsasən o xahiş edilməlidir ki, kritik məqam yarandıqda, siz də bizimlə paralel ictimaiyyətə həqiqətləri çatdırmalısınız – çünki sizin saytınızla yanaşı, sosial şəbəkələrdə də böyük, bəzən milyonluq səhifəniz var...
Həqiqətləri gizlətmək, yalan və saymazlıq “kommunikasiyası” ilə məşğul olmaq dövlətə qarşı sabotajdır!
MİA.AZ
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub