"Sakaryaspor" 32 yaşlı futbolçu aldı

img

24-07-2025 [13:59]


Türkiyənin 1-ci liqasında çıxış edən "Sakaryaspor" polşalı 32 yaşlı mərkəz hücumçusu Lukaş Zvolinskini heyətinə qatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubdan açıqlama verilib:

"Komandamız Lukaş Zvolinski ilə anlaşıb. Ona yaşıl-qara formamızda uğurlar arzulayırıq. Xoş gəldiniz, Lukasz Zvolinski."

Zvolinski ötən mövsüm Polşanın "Visla Krakov" klubunda çıxış edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR