İstanbulda Ukrayna-Rusiya danışıqları: nə razılaşdırıldı? - FOTOLAR

img

23-07-2025 [22:32]


Türkiyənin ev sahibliyi ilə İstanbulda bu gün Türkiyə-Rusiya-Ukrayna Üçtərəfli Toplantısı keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürakın da qatıldığı toplantıya xarici işlər naziri Hakan Fidanın sədrlik edib.

Məlumata görə, Rusiya nümayəndə heyətinə Vladimir Putinin müşaviri Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov rəhbərlik edib: "Danışıqların gündəliyinə əsirlərin azad edilməsi, qaçırılan uşaqların geri qaytarılması və atəşkəs daxil edilib. 40 dəqiqə çəkən görüşdə hər ii tərəfdən 1200 əsir və girov şəxslərin mübadiləsi ilə bağlı mühüm razılaşmalar əldə olunub".

Məlumatda deyilir ki, digər məsələlər ətrafında razılaşma olmayıb.

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:39 23.07.2025

Hərbçimiz vəfat edib