Suriya prezidentinin Bakı səfəri: görünən və görünməyən nələr var? - TƏHLİL
14-07-2025 [12:58]
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaranın Azərbaycan Respublikasına işgüzar səfəri baş tutdu. Səfər bir çox baxımdan diqqət çəkdi.
İlk öncə onu qeyd edim ki, səfər çərçivəsində Prezidenti Əhməd əş-Şara Azərbaycan Prezidenti İlham Əliyevlə öncə geniş tərkibdə, daha sonra isə ikili görüş keçirib. Görüşlər zamanı bir çox məsəllər ətrafında geniş müzakirələr aparılıb.
Əslində Əhməd əş-Şaranın Azərbaycana səfəri gözlənilən idi. Belə ki, sonuncu dəfə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak edərkən Prezident Əhməd əş-Şara ilə görüşmüş, iki lider bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmışdı. Məhz həmin görüş zamanı ölkə başçısı suriyalı həmkarını Azərbaycana səfərə dəvət etmişdi.
Əhməd əş-Şaranın Bakıya səfəri, onun keçid dövründə rəhbərlik etdiyi Suriya üçün həm siyasi, həm də iqtisadi cəhətdən ciddi nəticələr doğura bilər. Suriyanın yenidən inteqrasiya edilməsi baxımından bu səfər çox mühüm idi. Bu prosesin lokomotivinin məhz Azərbaycan olması artıq sirr deyil.
Xüsusi ilə enerji bazarında strateji oyunçuya çevrilmiş bir dövlət olaraq Bakı, Suriyanın enerji sektorunun bərpasında real və effektiv iştirakçı kimi çıxış edə bilər. Maraqlıdır ki, Azərbaycan Prezidenti ilə Əhməd əş-Şaranın Antalyadakı görüşü zamanı səsləndirilmiş bəzi fikirlər artıq konkret diplomatik addımlara çevrilir. Misal üçün ölkə başçısı demişdi ki, “Azərbaycan Suriyanın bərpasında iştirak etməyə hazırdır”. Bu gün biz bu istiqamtə də artıq praktik addımların atılmasın şahidi oluruq. Suriyanın təklif etdiyi əməkdaşlıq modeli isə, Azərbaycanın uzunmüddətli investisiya və strateji təsir dairəsini genişləndirməsi üçün əlverişli imkanlar vəd edir.
Azərbaycanın neft və qaz sektorunda qazandığı təcrübə, bu sahədəki yüksək texnoloji biliklər və SOCAR kimi beynəlxalq miqyasda tanınan şirkətlərin mövcudluğu Dəməşq üçün cəlbedici bir əməkdaşlıq modelidir. Bir müddət öncə SOCAR Türkiyənin rəhbərliyi səviyyəsində Suriyanın enerji sektoruna maraq açıq şəkildə ifadə olunmuşdu. İyulun 12-də isə Əhməd əş-Şaranın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalandı.
Bakı bu məsələyə yalnız iqtisadi baxımdan deyil, həm də strateji baxımdan yanaşır. Regionda sülh, sabitlik və iqtisadi inteqrasiya üçün Suriyanın enerji infrastrukturunun bərpası vacibdir və Azərbaycan bu prosesin aparıcı oyunçularından biri ola bilər.
Digər mühüm məqam, bu əməkdaşlığın Suriyanın uzun illər davam edən izoliyasiyasını qismən də olsa aradan qaldıra bilmə potensialıdır. Azərbaycanla əməkdaşlıq, Suriyanı Qərb təsirindən uzaq, lakin səmimi və qarşılıqlı faydaya əsaslanan bir müttəfiqlə əlaqələndirə bilər. Bu isə Dəməşqin həm iqtisadi cəhətdən, həm də diplomatik baxımdan nəfəs almasına imkan yarada bilər.
Eyni zamanda, bu səfərin yaratdığı ən mühüm simvolik mesajlardan biri də budur: Suriya artıq əvvəlki kimi riskli və xaotik bir məkan deyil. Əksinə, regionda ciddi oyunçular tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Əhməd əş-Şaranın bir müddət öncə Suriyada türkmən mənşəli II Korpus komandiri Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionlarının komandanı təyin etməsi, SOCAR-ın potensial fəaliyyəti üçün təhlükəsizlik zəmanətinin mövcud olduğunu göstərir. Bu qərar, həmçinin ölkə daxilində balansı qorumaq və azlıqlara mesaj vermək baxımından da əhəmiyyətlidir.
İsrail faktoru da nəzərdən qaçmamalıdır. İsrailin Azərbaycanla yaxın strateji münasibətləri, Bakının bölgədəki yeni enerji əlaqələrində Təl-Əvivlə mümkün koordinasiyasını da aktuallaşdıra bilər. Hətta gələcəkdə Suriya ərazisindən keçəcək enerji marşrutlarının İsrailə qədər uzanması ideyası real görünməyə başlayır.
Bakı xüsusi ilə Suriya–İsrail münasibətlərinin normallaşmasında vasitəçi rolunda çıxış edə bilər. İstisna deyil ki, liderlər Bakıda Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirməsini müzakirə edib. Yaxın müddətdə belə bir görüşün baş tutması mümkündür.
Bütün bu reallıqlar fonunda deyə bilərik ki, Əhməd əş-Şaranın Bakıya səfəri sadəcə bir diplomatik addım deyil. Bu səfər, Cənubi Qafqazla Şərqi Aralıq dənizi arasında körpü rolunu oynayacaq yeni bir əməkdaşlıq arxitekturasının ilk təməl daşlarından biridir. Qarşılıqlı hörmət və ehtiyac üzərində qurulan bu əlaqələr gələcəkdə regionda balansı və sabitliyi möhkəmləndirə biləcək mühüm bir nümunə ola bilər.
Turan Rzayev
MİA.AZ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni əmrlər
Araz çayında bir nəfər boğulub
"Sumqayıt" daha bir futbolçu ilə müqaviləyə xitam verib
Prezident iki yeni milli park yaradıb - Sərəncam
AFFA-ya “Azərlotoreya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Quşçuluq fabriki tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb
TRT-nin YANLIŞ, YOXSA MƏQSƏDLİ SÜJETİ: altında nə gizlənib? - TƏHLİL
37 ildir Yazıçılar Birliyinə sədrlik edən Anar: "3 il sonra gedəcəm, qoy sevinsinlər..."
Efirdə müğənnilərin sözü çəpləşdi - Mikrofonlar söndürüldü (VİDEO)
Xalq artisti Afaq Bəşirqızı: "Qızların geyimi... Əncir yarpağı ilə çölə çıxsalar, indikindən abırlıdır"
Deputat Milli Məclisdə məmurları qınadı: "...o zaman bu hüquq icra nümayəndəsindən niyə alınırdı?"
Vəhdət Partiyasında iclas: yeni media orqanı yaradılacaq və... - Daha nələr müzakirə olunub? - FOTO
Paşinyan Avropa İttifaqı rəsmiləri ilə görüşüb
Nərimanovda suşi belə iyrənc emalı müəssisəsində hazırlanırmış... - AQTA nöqsanları üzə çıxardı (FOTO)
Daha iki qanuna dəyişiklik təsdiqlənib
Sabah hava necə olacaq? - Açıqlama
Qəzzada daha 11 fələstinli həlak olub
“Xüsusi icra məmurları haqqında” yeni qanun lqəbul edilib
“Dövlət borcu haqqında” qanuna dəyişiklik olunub
QANUN DƏYİŞDİ: Media subyektləri Media Reyestrindən hansı hallarda çıxarılacaq? - Yeni qanun
KEÇMİŞ MƏZUNLAR PREZİDENTƏ MÜRACİƏT ETDİ: "Bizə kömək edin"
Müdafiə Nazirliyi: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və...
Sərhəddə Rizman Həsənov 13 kq narkotiklə tutulub
Məşhur göz həkimi Cahid Şahbazova cinayət işi açılıb? - Açıqlama
Bakıda dana əti bahalaşıb - VİDEO
İran XİN: "Nüvə proqramını məhv etmək xəyalı puça çıxıb" - "Onlar indi Netanyahuya nə edə biləcəklərini göstərəcəklər"
Türkiyənin 20 şəhərində FETÖ əməliyyatı - Həbslər var
Diplomlu, ali təhsilli hamballarımız… - Təbriz VƏFALI YAZIR
Şəhid ailəsi Cəbrayılda qəzaya düşüb
Salyanda ağır qəza: kollektora aşan maşında üç nəfər ölüb
DTX-dən əməliyyat: sayt və insanların şəxsi məlumatlarını ələ keçirən kibercinayətkar qandallandı
Xəzər TV-nin büro rəhbəri mətbuat katibi təyin olunub
Mahmud Abbasdan səs çıxdı: "Qəzzada yeganə həll yolu..."
SƏDRLƏ QOHUMLARI ÜZ-ÜZƏ GƏLDİ - AHİK-də 4 nəfər istefa verdi
Daha bir jurnalist öldürülüb
Bu ölkədə 161 milyon insan aclıq təhlükəsiylə üz-üzədir - Hökumət dünyadan dəstək gözləyir
“Turan işığında-150 il” adlı kitabın təqdimatı keçirilib - "150 illik media tarixində 90-cı illər mətbuatına da dəyər verilməlidir" (FOTOLAR)
Kənddə sağlamlıq günləri təşkil olunub
Bakıda "Taxta bazarı" bazarı yenə yandı - VİDEO