"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" MMC-yə çevrilib - Yeni təyinat

img

07-07-2025 [10:04]


“AZCON Holding” şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyinə verilmiş "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC "Bakı Beynəlxalq Dəniz Limanı” MMC-yə çevrilib.

Mia.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, digər əmrlə Elnur Salahov şMMC-yə baş direktor təyin edilib.

Məlumata görə, E.Salahov Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb, 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR