Müharibə əlillərinin dərmanları niyə verilmir? - Qalmaqala rəsmi reaksiya
25-06-2025 [10:07]
İki aydır qazilər və əlilliyi olan şəxslər onlar üçün nəzərdə tutulan və pulsuz verilən dərman preparatlarını ala bilmirlər. Bununla bağlı bakupost.az-da məlumat yer alıb. Bildirilir ki, dərman çatışmazlığı qazilər arasında narahatlıq yaradıb.
Bu preparatlar arasında ən çox "Finlepsal" və "Escita" (escitalopram) yer alır. Hər iki dərman psixi-emosional stabillik, depressiya, panik atak, epileptik tutmalar və digər nevroloji pozuntuların aradan qaldırılması üçün vacib sayılır. Bir qrup qazi mövzu ilə bağlı Bakupost.az-a müraciət edərək bildirib ki, reseptlərini əldə etsələr də, aylarla həmin dərmanları ala bilmirlər. Tibb müəssisələrindən isə onlara “depoda dərman yoxdur” cavabı verilir. Bu vəziyyət qazilərin müalicəsində fasilə yaranmasına səbəb olur. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bakupost.az-a bildirdilər ki, əhalinin, o cümlədən hərbi əməliyyatlarla bağlı əlilliyi müəyyən edilmiş şəxslərin ambulator şəraitdə dərman preparatları ilə təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il tarixli, 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”na əsasən həyata keçirilir: "Sözügedən qaydalara əsasən, vətəndaşların dərman təminatı onların qeydiyyatda olduqları yaşayış yeri üzrə poliklinikalar və ya ambulator tibb müəssisələri tərəfindən təşkil edilir. Digər əhali qruplarının imtiyazlı qaydada dərman preparatları ilə təmin olunması məsələsi isə hazırda müvafiq qurumlar tərəfindən araşdırılır".
Məsələ ilə bağlı TƏBİB-ə bildirilir ki, dərmanlar sənədləşmə işləri bitəndən sonra təmin ediləcək: “Əlilliyi təyin edilən imtiyazlı şəxslərin dərmanla təmin edilməsi ilə bağlı mütəmadi olaraq zəruri addımlar atılır. Tibb müəssisələrinin dərman təminatı müvafiq qanunvericiliklə və satınalma qaydalarına əsasən həyata keçirilir. Qeyd edilən dərman preparatlarının təmin edilməsi istiqamətində sənədləşmə işləri qısa müddət ərzində yekunlaşdıqdan sonra tibb müəssisələrinə göndəriləcək”.
Lakin məsələ burasındadır ki, bu dərmanlardan birinin gündəlik qəbulu ləngidikdə və ya tamamilə dayandıqda, bəzi insanlarda aqressiv davranışlar, yuxusuzluq, nevroloji tutmalar, posttravmatik stressin dərinləşməsi kimi simptomlar müşahidə oluna bilər. Xüsusilə müharibə travması yaşamış qazilər üçün bu dərmanların fasiləsiz qəbulu yalnız müalicə deyil, eyni zamanda sabit həyat üçün əhəmiyyətlidir.
Hazırkı vəziyyətdə 2 aydan çoxdur uzanan sənədləşmənin qazilər və onların ailələri üçün yarada biləcəyi problemi təsəvvür etmək elə də çətin deyil. Bunun məsuliyyəti isə sənədləşmə işini vaxtında yerinə yetirə bilməyən TƏBİB-in üzərinə düşür.
Qaraabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev “Sherg.az”a açıqlamasında son 1-2 ay ərzində bu problemlə üzləşdiklərini bildirdi:
- Bizə də qazilər, müharibə əlilləri müraciət edirlər ki, dərmanları ala bilmirlər. 1-2 aydır bu problem yaşanır. Müharibə əlillərinə təyin olunan “Fanazepam”, “Diazepam” kimi dərman preparatları əsəb sakitləşdiricidirlər. Məlumdur ki, müharibə əlilləri psixi-nevroz vəziyyətdən əziyyət çəkənlərdir. Bu insanlar travma almış, mina, hərbi sursat partlayışı nəticəsində bədənlərində müxtəlif yaralar, xəsarətlər, qəlpələr gəzdirirlər. Əlbəttə, həssasdırlar, ruhi sakitliyə ehtiyacları var. Bu dərmanlar təyin edilibsə, reseptə yazılıbsa, deməli, onları qəbul etmək zəruridir. Dərman olmayanda, qazilərin sağlamlığında, ruhi vəziyyətlərində problem yaranır.
A.Əliyev qeyd etdi ki, şəxsən problemlə maraqlanmaq məqsədilə yerli poliklinika şöbəsinə müraciət edib:
- Özüm poliklinikaya getdim, maraqlandım, niyə dərmanlar verilmir, 2 aydır bu vəziyyət davam edir. Bldirildi ki, iyul ayından etibarən dərmanların verilməsinə başlanacaq. Dərmanların alınmasına bir müddət problem olub. Amma gələn aydan dərmanlar mütəmadi veriləcək.
MİA.AZ
Bir test sualı üçün 3 manat ödənilir: "Əgər Elnur Əliyev oranı da caynağına keçirməyibsə..." - "Əliboş gedirdik bunkerə..."
NATO liderləri Haaqada qapalı müzakirə aparırlar
İstintaq və təhqiqatçılara yeni səlahiyyət verilib - Prezidentdən daha bir dəyişiklik
HƏRBÇİLƏRİN CİNAYƏTLƏRİ... - Prezident dəyişikliyi təsdiqlədi
"SƏNİN ŞTATIN İXTİSARA DÜŞDÜ" DEYİRLƏR, LAKİN... - "Azəriqaz"da etirazlar kütləviləşir
7 İsrail hərbçisi öldürülüb - 2 yaralı var
Əsəd Əsədzadə saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Caner Erkin super liqanın sürpriz komandasına keçir
XİDMƏT RƏİSİ VƏ POLKOVNİKLƏRƏ GENERAL RÜTBƏSİ VERİLDİ - Sərəncam
Agentlik sədrinə sayca 4-cü müavin təyin olunub
Professor: “Ay axmaq oğlanlar, qoy sizin pulunuzu yox, özünüzü sevsinlər” - “Qızlarda çətinliklərə dözüm yoxdu" (VİDEO)
Məhkəmələrdə kargüzarlığın aparılması qaydası təsdiqlənib
Azərbaycan nefti kəskin ucuzlaşdı - 8 dollar
İngilis futbolçu "Fənərbağça"ya hə" dedi
Kəbin, yaş fərqi, qohum evliliyi... - İyuln 1-dən yeni evlənənləri əlavə "yük" və qadağalar gözləyir
12 günlük savaş: İsraildə 30 mindən çox binaya zərər dəyib
BMT: "Qəzzada uşaqlar susuzluqdan ölə bilər"
İsrailin "öldürdük" dediyii iranlı general meydana çıxdı
İsrail kəşfiyyatı: "İranın nüvə proqramını tam mıəhv edə bilmədik, onu bir neçə il geriyə saldıq"
İRAN URANI HARADA GİZLƏDİB? - MAQATE rəhbəri "Bizn zənginləşdirilmiş uran ehtiyatının yerini bilmirik" deyir
Vitkoff: "Bu, Vətənə xəyanətdir" - "Biz İranın təkcə Fordoya 12 bunker deşici bomba atdıq..."
ABŞ prezidentindən CNN və "New York Times"ə ittiham: "Tarixin ən uğurlu əməliyyatını..."
Trampla Ərdoğan bir araya gəldi: mətbuata qapalı görüşdə nələr müzakirə edilib? - FOTO
İran prezidenti: "Düşmənlərin hiylələri dostluğa xələl gətirə bilməz" - "ABŞ-la problemləri həll etməyə hazırıq"
Qəzənfər Paşayev niyə diplomat ola bilmədi? - MÜRACİƏT
16 yaşlı qızı qaçıran axund vəzifəsini itirdi
İranda daha iki generalı öldürülüb
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olunub?- FOTOLAR
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
Sabiq rəisə hökm oxunub
İran XİN başçısı: "Bizim hücum Qətərə qarşı deyil, olmayıb".
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ramin Deko, Natiq Cavadlı, Şəmşad Ağa... - Jurnalistlər haqqında daha bir qərar verildi
YENİ İŞÇİ QRUPLAR YARADILDI - Sərəncam
Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə müzakirə aparıb
Kamran Əliyev 23 nəfər vətəndaşın müraciətini araşdırıb
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb