XİDMƏTİ MÜQAVİLƏ İLƏ MALİYYƏ YAYINDIRAN QHT-ləri PROBLEM GÖZLƏYİR - DETALLAR
24-06-2025 [14:04]
Milli Məclis qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələr müəyyənləşməsini ilk oxunuşda qəbul edib.
Mia.az xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcək.
Sənəddə vurğulanıb ki, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə olmadan və ya qeydiyyata alınmamış belə müqavilə üzrə qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsinə görə vəzifəli şəxslər 2 500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 8 min manatdan 15 min manatadək məbləğdə cərimə ediləcək.
Bildirilib ki, qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2 500 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 8000 manatadək məbləğdə cərimə ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
***
Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsinə dair mövcud tələblər təkmilləşdirilir.
Mia.az xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” haqqında qanunlara dəyişiklik layihəsində öz əksini tapıb.
Sənəddə deyilir ki, hazırki tələblərə əsasən qeyri-hökumət təşkilatı tərəfindən qüvvədə olan Qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin (malların satışından, xidmətlər göstərilməsindən, işlərin görülməsindən daxilolmalar) göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir və xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələr müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.
Təklif edilən yeni dəyişikliyə əsasən qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrdən irəli gələrək bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması məhdudlaşdırılır ki, bu da yuxarıda qeyd edildiyi kimi, sadalanan xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədi daşıyır.
O da qeyd edilib ki, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
Sabiq rəisə hökm oxunub
İran XİN başçısı: "Bizim hücum Qətərə qarşı deyil, olmayıb".
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ramin Deko, Natiq Cavadlı, Şəmşad Ağa... - Jurnalistlər haqqında daha bir qərar verildi
YENİ İŞÇİ QRUPLAR YARADILDI - Sərəncam
Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə müzakirə aparıb
Kamran Əliyev 23 nəfər vətəndaşın müraciətini araşdırıb
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Donald Tramp ona "axmaq" dedi: "Bu sərsəm..."
"O, məni deyil, mən onu döydüm" - Pərvin Abıyeva
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib - XİN açıqladı
Deputatlar bu tarixdə toplanacaq
Prezident İlham Əliyev şirkət sədrini qəbul edib - FOTO
“Dövlət borcu haqqında” qanun dəyişir
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
ATƏŞKƏS POZULDU, SAVAŞ YENİDƏN ALOVLANIR - İran yenə raket fırlatdı, İsraildən cavab gecikmədi
“Neftçi” klubu daha bir futbolçu ilı vidalaşıb
Prezident İlham Əliyev italiyalı naziri qəbul edib
Milli Məclis üzvləri İlham Əliyevi təbrik edib
Bank kartlarından oğurluq halları davam edir
Yardım gözləyənər atəşə tutulub - 20 nəfər ölü,b 246 nəfər yaralanıb
Bakıda şadlıq evində dava düşüb - VİDEO
İRAN VƏ İSRAİL TƏSDİQLƏDİ: ATƏŞKƏS QƏBUL OLUNDU - "Onlar başladı, biz bitirdik" - "Nüvə və raket üzrə təhlükə aradan götürülüb!"
Əhməd Orucun oğlunun ölüm anı...
İmişlidə iyrənc hadisə: qonşu qadını "yad kişi" ilə intim əlaqə zamanı "tutan" şəxslər...
Azərbaycan nefti 80 dollara düşdü
Türkiyədə daha bir zəlzələ olub - 4,5 bal gücündə
TRAMP YENƏ ATƏŞKƏS DEDİ: "Yolundan azarlarsa, itirəcəkləri çox olacaq" - "İsrail və İranın gələcəyi hüdudsuz və..."
ABŞ-da güclü qasırğa: 6 nəfər ölüb, 2-si azyaşlıdır
İsrail: "İrandan göndərilən daha 4 PUA zərərsizləşdirilib"
İran İsrailə raketlərlə vurdu - 6 yaralı var
İsrail ordusu atəşkəs iddiasından sonra Tehrana hücum xəbərdarlığı yaydı: "Bu ərazidən uzaq durun"
Tac hərbi bazasına PUA hücumu olub - Generaldan açıqlama
Netanyahu nazirlərə qadağa qoyub - Atəşkəslə bağlı danışmayacaqlar
İRANLA İSRAİL ANLAŞDI: Tramp "Tanrı İsraili qorusun, Tanrı İranı qorusun..." dedi və... - Tehran və Tel-Əviv rəsmiləri isə sualdan yayınırlar
Rəsmi Moskva: "İrana nüvə silahı vermək niyyətində deyilik" - "İndi sual belə qoyulmalıdır: bundan sonra nə var?"
İran MAQATE ilə əməkdaşlığı dayandırır