Donald Tramp ona "axmaq" dedi: "Bu sərsəm..."

img

24-06-2025 [15:05]


ABŞ prezidenti Donald Tramp növbəti dəfə FED-in sədri Cerom Pauelini növbəti dəfə təhqir edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ iqtisadiyyatı üçün faiz dərəcələrinin 2-3 bənd aşağı olması lazım olduğunu təkrarlayıb: 

"Bizim ölkədə inflyasiya yoxdur, iqtisadiyyat çox yaxşı vəziyyətdədir. Buna baxmayaraq, Avropa 10 dəfə faiz dərəcələrini endirsə də, biz ümumiyyətlə, faiz dərəcələrini azaltmamışıq. Faiz dərəcələri 2-3 bənd aşağı olmalı idi və biz bununla ABŞ iqtisadiyyatına 800 milyard dollardan çox qazanc sağlaya bilərdik. Ümid edirəm ki, Konqres bu axmaq və sərsəm adamla (FED başkanını nəzərdə tutur - MİA.AZ) bağlı tədbir görəcək".

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA