19-08-2014 [14:35]
MİA anspress-ə istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 31 ünvanında baş verib.
Belə ki, avqustun 17-də günorta saatlarında qeyd edilən ünvanda 5-ci mərtəbədən yaşayan Həmidovlar ailəsi ev təmiri edərkən, artıq zibilləri balkondan aşağıda dayanan yük maşınının içinə atıblar. Bu da qonşuların narazılığına səbəb olub.
Qonşulara etiraz edən ev sahibi Məhəmməd Həmidov təmir işlərini davam etdirəcəyini və zibilləri istədiyi kimi atacağını bildirib. Bu zaman həmin binanın 3-cü mərtəbəsində yaşayan İlham Yusif oğlu Əliyev qonşu ilə mübahisə edib. Mübahisəyə Məhəmməd Həmidovun qardaşı Tarıyev Həmidov da qatılıb. Daha sonra məsələyə evi təmir edən digər usta, ev sahibinin yeznəsi də qatılıb. Mübahisə zamanı Məhəmməd Həmidovla İlham Əliyev əlbəyaxa dava ediblər. Bu zaman davaya Tarıyev Həmidov və yeznə də qarışıb.
Daha sonra davaya İlham Əliyevin qardaşı Namiq Əliyev də qarışıb. Dava zamanı Məhəmməd Həmidov qışqıraraq bildirib ki, Müdafiə Nazirliyinin zabitidir. Ona heç kim heç nə edə bilməz.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində işləyən Məhəmməd Həmidov və qohumları birləşərək Namiq Əliyevi döyüblər. Dava zamanı İ. Əliyev də müəyyən xəsarətlər alıb.
Hadisədən təxminən 5 dəqiqə sonra davaya daha bir neçə nəfər həyət sakini də qoşulub. Dava zamanı Məhəmməd Həmidov da sol qaş nahiyyəsindən xəsrət alıb.
Davadan sonra Məhəmməd Həmidov Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinə şikayət ərazisilə müraciət edib. O, Namiq Əliyev və qardaşı tərəfindən döyülməsi barədə şikayət ərizəsi yazıb. Bundan sonra qarşı tərəf bölməyə çağırılaraq dindirilib.
Hadisəni araşdıran 6-cı bölmənin təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı Elvar Quliyevin verdiyi məlumata görə, hazırda hadisə ilə bağlı ilkin araşdırma aparılır. Onun sözlərinə görə, dava salanlar dövlət qulluqçuları olduqları üçün iş Prokurorluğa göndəriləcək.
"Dava iştirakçıları dövlət qulluqçularıdır. Bu səbəbdən də iş Binəqədi rayon prokurorluğunda araşdırılacaq. Hazırda zərərçəkmiş və cavabdeh tərəfdən izahatlar alınıb”, - deyə Elvar Quliyev bildirib.
Qeyd edək ki, davanın digər iştirakçıları da dövltə qulluqçularıdır.
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)