21 ölkə İsrail - İran savaşı haqda bəyanat yaydı - Tərəflər dialoqa çağırılıb
17-06-2025 [07:41]
Ərəb və İslam ölkələri İsrailin iyunun 13-dən İrana başlatdığı hücumlarını pisləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar tərəfləri regional sakitliyə və "nüvəsizləşmə"yə çağırıblar.
Məlumata görə, Misirin xarici işlər naziri Bədr Əbdülətinin diplomatik səylərindən sonra 21 ərəb və İslam ölkəsinin xarici işlər nazirləri tərəfindən ortaq yazılı bəyanat yayılıb.
Misirin MENA xəbər agentliyinin məlumatına görə, birgə bəyanatı İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Bruney, Türkiyə, Çad, Qambiya, Əlcəzair, Komor adaları, Cibuti, Səudiyyə Ərəbistanı, Sudan, Somali, İraq, Oman, Qətər, Küveyt, Liviya, Misir və Mauriya imzalayıb.
Birgə bəyanatda İsrailin iyunun 13-dən İrana hücumları və beynəlxalq hüquqa, BMT-nin prinsip və məqsədlərinə zidd olan bütün hərəkətləri pislənilib.
21 ölkə İsraili digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, mehriban qonşuluq münasibətlərinə təcavüzlərinə son qoymağı və mübahisələrin sülh yolu ilə həllinə hörmət etməyi tələb ediblər: "İrana hazırkı hücum bütün regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi nəticələrə səbəb ola bilər. Əlbəttə, bu gərginliklə bağlı dərin narahatlıq var. İsrail İrana hücumlarını dayandırmalıdır. Bu, mütləq və vacibdir. Eyni zamanda, hər kəs nüvə silahlarından və digər kütləvi qırğın silahlarından əl çəkməli, azad Yaxın Şərqin qurulmasında fəla rol almalıdır. Bölgədəki bütün ölkələr tezliklə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin ciddi şəkildə iştirakçısına çevrilməlidir"
Bəyanatda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən qorunan nüvə obyektlərinin hədəfə alınması da yolverilməz sayılıb: "Bu,1949-cu il Cenevrə Konvensiyasına, beynəlxalq hüquq və humanitar hüququn açıq şəkildə pozulması deməkdir"
Daha sonra İranın nüvə proqramı ilə bağlı dialoqun mütləqliyinə diqqət çəkilib.
Tahir Şəlvəli
MİA.AZ
Sabah hava necə olacaq? - Proqnoz
“Qumar kralı”nın işi: Pərviz Məmmədov azadlığa buraxılıb
Qarabağ zonasında daha 1258.7 hektar ərazi minalardan təmizlənib
Vüsal Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Prezident İlham Əliyev Afrim Qaşini qəbul edib - FOTOLAR
Şagirdin yerdəyişməsi davam edir
İRANIN YENİ BAŞ QƏRARGAH RƏİSİ DƏ ÖLDÜRÜLDÜ - Ordu açıqlama yaydı
Bu şəxslərə möhlət hüququ veriləcək? - Deputatdan açıqlama
Dövlət qurumunda işə düzəltmək adı ilə 11 vətəndaşı aldadan qadın saxlanılıb - AÇIQLAMA
Nazirliyin keçmiş vəzifəli şəxsləri hakim qarşısına çxarıldı
Aqrar Sığorta Fondu ləğv edilib
Savaşın beşinci günü - İran yeni raket hücumuna başlayıb, İsrail isə Təbrizdəki hərbi hədəfləri vurur
Azərbaycan nefti 1.85 dollar ucuzlaşıb
İsmayıllıda dəhşətli hadisə - Oğul atasını öldürüb
ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqlara start verir - Stiv Vitkoff Abbas Erakçi ilə görüşə hazırlaşır
Jurnalist andı...
NETANYAHUDAN XAMENEİ İLƏ BAĞLI ŞOK TƏHDİD: "Nə lazımdırsa, edəcəyik, Taehran tam nəzarətimiz altındadır" - "İrana artıq etibarlı hava yolu çəkmişik"
İran İsraildə neft emalı zavodunu vurub - Fəaliyyəti dayandırılıb
İranın İsrailə raket zərbələri: 24 binaya ciddi ziyan dəyib, 2775 nəfər təxliyə olunub
TRAMPDAN DÜNYANI ŞOKA SALAN ÇAĞIRŞ: "Tehrandakı hər kəs dərhal təxliyə edilməlidir" - Nə baş verir?
Britaniya diplomat ailələrini İsraildən çıxarır - Xəbərdarlıq
Qəzzada son 24 saatdaki itki: ölü sayı artıb
İran İsrailə növbəti raketlər buraxıb
İsrail Livanı da vurdu
İRANDAN YƏHUDİLƏRƏ VƏ TELEKANALLARA "QAÇIN" XƏBƏRDARLIĞI: "Hədəf dairəsi genişlənəcək"
TV, SU XƏTTİ, NEFT ANBARLARI, MAGİSTRAL YOL... - İsrail İranda mülki hədəfləri də vurur (VİDEO)
Tramp Kanadada: "İran indi bizimlə danışmaq istəyir, amma..." - "Onlar heç vaxt qalib gələ bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zakir Həsənov Belarusda - FOTO
QURU SƏRHƏDLƏRİNİN BAĞLI QALMASININ FAYDASI... - TƏHİLİL
Rafet El Romanı Bakıya biznesmenin oğlunun toyuna gəlib
Kəmaləddin Heydərov yeni təyinatlara imza atıb
AZAL ləğv olunan reyslərlə bağlı məlumat yaydı
Sabah yağış yağacaq
XİN sözçü: "İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub"
Oğuz-Qəbələ-Bakı su kəmərində qəza olub
Xəzər dənizində zəlzələ olub
Pənah Hüseyn partiya sədrliyindən istefa verdi - FOTO
"Batya Vasmoyski" vəfat edib
“Avtozavod” 42 yaşlı şəxsi ürəyindən güllələyiblər
“Sabah”ı avrokubok oyunlarına kim aparacaq? - Berezutski postundan getdi, arxada isə böyük sirlər buraxdı
Tramp İran və israilə "Hesab edirəm, razılaşmanın vaxtı çatıb" mesajı verdi - Tehrandan müsbət cavab gəldi, Tel-Əviv isə XİN binasını vurmaqla "yox" dedi
İran səhərə yaxn İsraili yenidən raket yağmuruna tutub - 4 nəfər ölüb, yaralılar var