Azərbaycanın diplomatik xətti: tərəf tutmaq deyil, prinsip tutmaq əsasdır - TƏHLİL
11-06-2025 [19:03]
Rusiyanın rəsmi xəbər agentliyi “RİA Novosti”nin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri hazırkı məqamda diqqət çəkir.
Uzun müddətdir dolayı yollarla gündəmdə saxlanılan məsələ bu dəfə daha açıq şəkildə ifadə olunub. Rusiya Azərbaycanın Krım da daxil olmaqla Ukraynanın işğal olunmuş ərazilərini “tanımasına” açıq şəkildə ümid bəslədiyini bəyan edib.
Bu xəbər nə sürprizdir, nə də tamamilə gözlənilməz. Rusiya–Ukrayna müharibəsinin ilk günündən Moskva beynəlxalq təcriddən çıxmaq və müttəfiq dairəsini genişləndirmək məqsədilə müxtəlif vasitələrdən istifadə edir. Lakin indiyədək Kreml məsələni bu cür açıq formada dilə gətirmirdi.
Azərbaycanın xarici siyasətindəki mövqe dəyişməz olaraq qalır. Rəsmi Bakı dövlətlərin ərazi bütövlüyü prinsipini qətiyyətlə müdafiə edir. Bu, yalnız beynəlxalq hüququn tələb etdiyi məsuliyyət deyil, həm də Azərbaycanın 30 il davam edən Qarabağ münaqişəsi zamanı özünün prinsip kimi irəli sürdüyü yanaşmanın başqalarına da tətbiqidir. Yəni Azərbaycan məsələyə selektiv deyil, ümumi prinsip kimi baxır. Bir vaxtlar torpaqları işğala məruz qalan ölkənin indi Krım və digər işğal olunmuş Ukrayna ərazilərini tanıması tamamilə ziddiyyət təşkil edərdi.
Moskva artıq “bizimlə birlikdənsənsə, bunu sübut et” çağırışına keçib. Lakin unudulmamalıdır ki, bu tələb Rusiyanın təsir dairəsində olan digər ölkələrə xüsusilə Ermənistan kimi tərəflərə yönəldilə bilər. Azərbaycan isə Rusiyanın təsir dairəsindəki ölkələrdən deyil. Bu çağırış Bakı üçün heç bir “böyük seçim” yaratmır. Çünki Azərbaycan xarici siyasətini nə Moskvanın, nə də Qərbin diktəsi ilə deyil, öz prinsipial və pragmatik mövqeyi əsasında formalaşdırır. Bakı həm Qərbin, həm də Rusiyanın diktəsi ilə hərəkət etmir və bu, ölkənin regionda güclü müstəqil oyunçu statusunun açıq göstəricisidir.
Azərbaycan bu tip açıq mesajlara emosional və ya sərt ritorika ilə deyil, soyuqqanlı və prinsipial siyasi yanaşma ilə cavab verir ki, bu da daha çox nəticə verir. Bu mövqe yalnız Krım və işğal edilmiş digər Ukrayna torpaqları ilə bağlı deyil. Kosovodan tutmuş Tayvana, Cənubi Osetiyadan Kəşmir məsələsinə qədər Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır.
Rusiyanın bu çağırışı Bakının qarşısına ilk dəfə çıxmır və son da olmayacaq. Lakin Azərbaycanın diplomatik xətti aydındır: tərəf tutmaq deyil, prinsip tutmaq əsasdır. Bu prinsipial mövqe sayəsində Azərbaycan həm regionda balansı qoruyur, həm də beynəlxalq hüququn tərəfində olduğunu nümayiş etdirir.
Turan Rzayev,
Politoloq
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə... (ANBAN VİDEO)
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR
"PREZİDENT TELEFONDA DEDİ Kİ..." - Ceyhun Bayramov 5 il əvvəl Moskvada bağlı qapılar arxasındakı görüşün sirlərini açdı
Azərbaycan neftinin qiyməti 65 dollara qalxdı
8 noyabrda sizi nə gözləyir? - BÜRCLƏR
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
Bu gündən dörd günlük tətil başlayıb
BU GÜN ZƏFƏR GÜNÜDÜR - Paytaxtda parad keçiriləcək
Prezident elə görüntüləri paylaşdı ki... - VİDEO
45 hakim istefa verdi - Türkiyədə
İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım - FOTO
Misli Premyer Liqasının “Zəfər turu” start götürdü - “Şamaxı” minimal hesabla qalib gəlib, Qəbələ” isə...
Türkiyədə qəza: 11 şagird xəsarət alıb
TÜRKİYƏDƏN SENSASİON QƏRAR - Netanyahu və yüksək vəzifəli şəxslər barədə həbs qərarı çıxarıldı (SİYAHI)
"İntellektual gənclər Azərbaycanın gələcəyidir” - Azad Manafl
QƏHRƏMAN BÖYÜDƏN ANA, GÜNÜN MÜBARƏK!
Türkiyədə 12 deputatın toxunulmazlığını ləğv etmək istəyirlər - İkisi partiya sədridir (SİYAHI)