ABŞ qarışdı, parçalanma, yoxsa.... - Tramp merə "pislik" dedi, etirazçıları güllələnmə ilə təhdid etdu: "Vətəndaş müharibəsi istəmirəm” (FOTOAR)

img

10-06-2025 [07:09]


ABŞ prezidenti Donald Tramp Los-Anceles şəhərində qanunsuz mühacirlərə dəstək üçün davam edən etiraz aksiyalarında iştirak edənləri güllələnmə ilə hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, aksiyaların bölgədə yanğın və dağıdıcılıqla müşaiyət olunduğunu əsas gətirərək, bunun Kaliforniyanın yox olmasına hesablandığını iddia edib.

Tramp daha sonra aksiyaların mərkəzi sayılan Los-Ancelesdəki etirazçıları hədələyib. Bildirib ki, aksiyaçıların Milli Qvardiya üzvlərinə tüpürmələrini səbrlə izləməyəcvək:

"Əgər etirazçılar tüpürməyə davam edərsə, onları daha sərt vuracağıq. Lazım gələrsə, ştata daha çox əsgər göndəriləcəyik. Mən vətəndaş müharibəsi istəmirəm. Lakin iğtişaşçılar güllələnmək istəmirsə, tüpürmək və dağıdıcılıqdan qaçmalıdır. Yoxsa çox pis olacaq. Söz verirəm: iğtişaşda iştirak edənlər indiyə qədər olmadığı daha sərt formada vurulacaq. Mən əsgərlərimizə və ölkəmizə belə hörmətsizliyi qəbul etməyəcəm".

ABŞ prezidenti təkrar xəbərdarlıq edib ki, Milli Qvardiya əsgərlərinə ediləcək hər hansı bir yanlış hərəkətə səbrlə yanaşmayacaq:

"Bu, ABŞ prezidentinin Los Ancelesdə davam edən fəlakətli iğtişaşlarla bağlı Gevin Nyusomdan (Ştat meri Gavin Newscumu nəzərdə tutur. Prezident bu mesajında ştat merinin soyadını "scum" (pislik) kimi ifadə edib - Mia.az) ilhamlanaraq yaşanan üsyanla bağlı xəbərdarlığıdır".

Xatırladaq ki, Tramp bundan əvvəlki açıqlamasında Milli Qvardiyanı Los-Ancelesə göndərərək böyük qərar verdiyini bəyan edib: "Kaliforniyada şiddətli, provokasiyaya səbəb olan iğtişaşların yatırılması üçün Milli Qvardiyanın göndərilməsi qərarı ilə böyük bir qərar verdik. Bunu etməsəydik, Los Anceles tamamilə yox olacaqdı”.

Ştatın Demokrat Partiyasından olan meri Gevin Nyusom və Los-Anceles meri Karen Bassı səriştəsizlikdə ittiham edən Tramp onlardan minnətdarlıq gözlədiyini də sözlərinə əlavə edib: “Onlar mənə “Cənab prezident, siz çox gözəl işlər görürsünüz, biz sizsiz nə edərdik, əfəndim” deməliydilər. Ancaq hələ ki, demirlər. Onlar səriştəsizdirlər. Mən isə deyirəm ki, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edəcəyik".

Xatırladaq ki, Kaliforniya meri Gevin Nyusom Trampın Kaliforniya ştatı hökumətinin razılığı olmadan ştatın Milli Qvardiyasını federal hakimiyyət altına alma qərarına qarşı çıxıb. O, daha sonra ölkə başçısını təhdid edib:

"Milli Qvardiyanı qanunsuz olaraq öz tabeliyinə keçirməklə, Tramp odun üstünə yağ tökdü. Onun bu qərarı qanunsuz, əxlaqsız və konstitusiyaya zidd bir hərəkətdir. Biz bununla bağlı lazımı hüquqi addımlar atacağıq. Federal hökumətə qarşı məhkəmə iddiası qaldıracağıq...".

Bu xəbərdən az sonra merin məhkəməyə müraciət etdiyi bildirilib.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR