Yadplanetlilərə meydan oxuyan media əhlimiz… - Təbriz VƏFALI YAZIR
10-06-2025 [00:11]
Təbriz VƏFALI,
Azərbaycan İnformasiya Mərkəzinin direktoru
***
Son illərdə Azərbaycan mediası özünəməxsus dəsti-xətti və yaydığı informasiyaları ilə digər ölkələrin mətbuat orqanlarından kəskin şəkildə fərqlənərək dünya ictimaiyyətini heyrətə salıb.
Əksər media nümayəndələrimiz isə nümayiş etdirdikləri mövqe, etik və peşə davranışları, həmçinin yoxdan var yaratmaları ilə əcnəbi jurnalistlərə örnək olmaqla bərabər onları çaya susuz aparıb susuz gətirməyi məharətlə bacarırlar. Çünki əksər saytlarımızın və internet portallarımızın hazırladığı xəbərlərin analoqunu xarici KİV-lər və onların əməkdaşları ömürləri boyunca hazırlaya bilməzlər. Ona görə ki, bu, böyük risk deməkdir və bunun üçün bacarıq, qabiliyyət və cəsarət tələb olunur.
Məsələn, bizim media əhlindən fərqli olaraq əcnəbi jurnalistlərin ucqar kəndin bələdiyyə sədrinin müavinin qayınanasının rəhmətə getməsi ilə bağlı manşetlik xəbər hazırlamağa və yaymağa hünərləri çatmaz. Yaxud, xarici KİV-lərdə bizim şir ürəyi yemiş jurnalistlərdəki operativlik, prinsipiallıq və peşəkarlıq yoxdur ki, tanınmış müğənninin hamamda çılpaq çimməsi və ya məşhur modelin qırmızı rəngdə alt paltarı geyinməsi barədə xəbər yayımlasın. Əcnəbi jurnalistlərdə bizimkilərdəki qorxmazlıq hardadır ki götürüb yazsınlar, filan psixoloq əriylə yataqda fantaziya yaşamaq üçün paltarlarını soyunaraq lüt-üryan, anadangəlmə olur. Yaxud, tanınmış aktrisa siqareti çəkib kötüyünü yerə atdı, filan müğənninin qarnı şişib, hamilədir, məşhur filankəs tezliklə uşaq doğacaq və sair və ilaxır.
Bizimkilərə baxmayın, ey. Xarici KİV-lərin əməkdaşları reklam mətnlərinin, dövlət və özəl qurumların göndərdikləri press-relizlərin altına imza qoya bilməzlər. Onlar bizim jurnalistlərimiz kimi cəsarətli addımlar ata bilmirlər, axı.
Əcnəbi jurnalistlərdə hardadır bizimkilərdəki fərasət ki, rus, türk və ingilis dillərindən materialları internet tərcümə proqramı vasitəsilə tərcümə edərək onları özlərinin beyin məhsulu və özəl xəbər kimi ictimaiyyətə sırısınlar.
Xarici media əhli bizimkilər kimi fəhmli, fərasətli deyillər, ey, əfəldirlər, avamdırlar. Çünki onar bizim əksər jurnalistlərimiz kimi özlərini tədbirlərə zorla soxuşdurmağı, həmçinin yeyib-içmək məclislərinə dəvət almaq, eləcə də bölgələrə təşkil olunan səfərlərə qatılmaq üçün ölüm-dirim savaşı, amansız mübarizə aparmağı bacarmırlar. Dünyadan bixəbər əcnəbi jurnalistlər bizim media əhlimiz kimi fəxri ad, medal, mükafat almaq üçün min dərədən su gətirməyi hardan biləcəklər, axı?!
Əlqərəz, inanıram ki, dağı-daşı dələn cümlələrin yazıldığı qılıncdan kəsərli qələmləri ilə hətta yadplanetlilərə belə meydan oxuyan media əhlimizin dünya şöhrəti artdıqca, beynəlxalq aləmdə söz sahibi, qələm sahibi, özəl xəbər sahibi kimi qüdrətləndikcə, gücləndikcə hazırda dünyanın ən məşhur 10 xəbər kanalı sırasında yer alan Böyük Britaniyanın “BBC News”un və “Sky News”un, ABŞ-ın “FOX News”un, “CNN”in və “MSNBC”in, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə”nin, Qətərin “Əl-Cəzirə”nin, Fransanın “Auro News”un, Hindistanın “BAT İndia”nın və Pakistanın “Geographical News”un əməkdaşlarının Azərbaycanın media təcrübəsini öyrənməyə hava, su və çörək qədər ehtiyacları yaranacaq.
Sonra demədi, deməyin...
MİA.AZ
SOCAR Almaniyaya qaz nəql edəcək - 10 illik müqavilə imzalanıb
Agentlik icra başçısının tender planına "yox" dedi
"Formula 1": Azərbaycan Qran-prisinin keçiriləcəyi tarix bəlli olub
MN: "Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
"Mançester Yunayted" 10 futbolçu ilə yolunu ayırdı - 70 nəfərlik transfer siyahısı var
Trampdan Londonda Çinlə davam edən ticarət danışıqları haqda açıqlama: "Yaxşı xəbər aldım"
Bakıda tələbə qız zəhərlənmədən vəfat edib
Azərbaycan neftinin qiyməti 71 dollara çatıb
VƏZİFƏYƏ ÖMÜRLÜK ÇÖKƏNLƏR: Yaqub Məmmədov, Abel Məhərrəmov, Əhliman Əmiraslanov, Bəhlul Ağayev və... - Sabiq deputat "bu, nə ənənədir" deyir
Direktor: "Regionlarda yerli istehsal gücləndirilməli və yeni ticarət obyektləri yaradılmalıdır"
Ekspert: "Dövlət İmtahan Mərkəzi ixtisas seçimi ilə bağlı daha çox vaxt verməlidir" - VİDEO
Vüqar Səfərlinin oğlu əmlak davasına başlayıb
Tramp Netanyahuya İranla bağlı "barmaq silkələdi": "Hadi, qalx və müzakirə et" - "Tehran geri çəkilmək istəmir, nifrət etdiyim şey isə..."
Dənizkənarı Milli Park ərazisində suda cəsəd tapılıb
Qəzzada daha bir jurnalist öldürülüb
ABŞ-da daha bir təyyarə qəzası: ölənlər var - Cəsədlər 61 metr dərinlikdə axtarılır
İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: "Onlara videonu izlədin..."
Nigeriyada terror: 6 nəfər ölüb, çoxlu yaralılar var
19 yaşlı Mamadu Sarr "Çelsi"yə keçib - 8 illik müqavilə ilə
"Atletiko Madrid" Lengleti heyətinə qatıb
ABŞ qarışdı, parçalanma, yoxsa.... - Tramp merə "pislik" dedi, etirazçıları güllələnmə ilə təhdid etdu: "Vətəndaş müharibəsi istəmirəm” (FOTOAR)
Kanada hərbi gücünü artırır: "Biz bu problemə "əl qoymalıyıq""
Yadplanetlilərə meydan oxuyan media əhlimiz… - Təbriz VƏFALI YAZIR
NATO Baş katibi Rusiyadan hücum gözləyir: "5 ildən sonra..." - "ABŞ NATO-ya olan sarsılmaz öhdəliyini davam etdirəcək"
Kriştiano Ronaldo ərəblərlə anlaşdı
"Mətbuat Şurasının belə bir səlahiyyəti yoxdur" - Rəşad Məcid Mehriban Ələkbərzadə ilə bağlı iddialara cavab verdi
QALMAQAL BÖYÜYÜR: "Adil Əliyevə dedim ki, siz necə deputat seçilmisinizsə..." - MÜSAHİBƏ
Professor Tamilla Məmmədova vəfat edib
DSX-nin hərbçisinin ölümü ilə bağlı cinayət işi açılıb
Naxçıvanda kütləvi zəhərlənmə olub - Dönərdən (YENİLƏNİB)
"...Putin müharibədə hec cür qalib gələ bilməz" - Zelenski
“Əhmədli Pərviz” saxlanılıdı - FOTOLAR
Abbas Abbasovun nəvəsi İstanbulda evləndi - Röya, Xəyyam və daha kimlər toya qatılıb? (VİDEO)
Hərbi qulluqçu vəfat edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rektorun kürəkəninə bu qurumda yüksək vəzifə verildi
Bakıda dəhşətli qəza: 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb - VİDEO
Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları dəyişib - DİN-dən qərar
İlham Əliyevlə Pakistanin Baş naziri arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
Sabah Bakıda yağış yağacaq, rayonlarda isə...
Xırdalanda obyektlər Heydər parkını sürətlə "işğal" edib: bəs camaat neyləsin? - Ekspert həyəcan təbili çalır
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
Jurnalist komitənin "tədbir siyahısı"na etiraz etdi: "Sahəyə aid olmayan QHT-lər..." - "Məqsəd nədir, təbii ki, pul silməkdir"
Azaraq Azərbaycan ərazisinə keçən iki yeniyetmə erməni geri verilib
45 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb
Tovuzda dəhşətli ailə dramı: oğul anasını öldürdü, bacısıını isə...
Bayram namazı qılınıb