Luka Modriç: "Arda Gülər mənə gəncliyimi xatırladır"

img

30-05-2025 [13:15]


2012-ci ildən İspaniyanın "Real Madrid" komandasında forma geyinən xorvatiyalı Luka Modriçlə prezident Florentino Peresin görüşü ilə bağlı maraqlı xəbər tirajlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun klub rəhbəri ilə görüşdə komandada forma geyinən türk futbolçu Arda Gülər ​​haqda da söz açdığı deyilir.

Yayılan xəbərə görə, xorvatiyalı ulduzun Arda Güləri tərifləyib: "O, mMənə gəncliyimi xatırladır. Bir neçə ildən sonra daha yaxşı olacaq. Özünə inandıqca, daha müəkəmməl oynayacaq. Arda Gülərin uğur qazanacağına şübhəm yoxdur. Onun cəmi 20 yaşı var, özünü zamanla çox gəlişdirəcək. İnanıram ki, Xabi ona çox vacib rol verəcək".

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR