Krivoy Roqda Azərbaycanla bağlı möhtəşəm tədbir... - VİDEO, FOTOLAR

img

29-05-2025 [09:55]


Dnipro vilayəti, Krivoy Roq şəhərində 28 may Cümhuriyyət günü möhtəşəm tədbirlə qeyd olunub. 

Bu barədə Mia.az-a Krivoy Roq Azərbaycan diasporasının sədri Kamal Ağayev məlumat verib. 

O bildirib ki, tədbir Karaçunı mədəniyyət mərkəzində baş tutub: "Tədbirdə şəhər meri Yuri Vilkul,  şəhər radasinin deputatları, ictimaiyyət nümayəndələri və soydaşlarımız iştirak ediblər. Müxtəlif milli rəqs nömrələrinin nümayiş olunduğu tədbirdə şəhər meri diaspor təşkilatının 3 aktiv üzvünü təltif edib. Tədbirdə həmçinin diasporumuzun əməkdaşlıq etdiyi 10 saylı musiqi məktəbinin şagirdlərinin Azərbaycan Ukrayna dostluğuna həsr etdikləri sərgi də nümayiş olunub".

Sonda Kamal Ağayev diasporumuza göstərilən diqqətə görə şəhər merinə Azərbaycan xalçası hədiyyə edib.

Samir
MİA.AZ

img img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR