"Qalatasaray"ın iki məşhur futbolçusu komandadan gedir - "Onların əvəzləyicisini tapmaq çətin olacaq"

img

26-05-2025 [18:56]


Artıq çempionluğunu "Qalatasaray"da inddən ayrılacaq futbolçuların kimliyi bəlli olur.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "Qalatasaray"ın baş məşqçisi  Okan Buruk açıqlama verib.

O, qapçı Muslera ilə Mertensin komandadan ayrılacağının artıq dəqiqləşdiyini bildirib: "Sözsüz ki, yeni mövsümə transferlər edəcəyik. Axsayan mövqelərimiz var. Çox dəyərli oyunçular bizdən ayrılacaq. Çempionluğumuzda böyük pay sahibi lan Muslera və Mertens kimi böyük oyunçular da gedir Bu, bizi çox həyəcanlandırır. Onların əvəzləyicisini tapmaq çətin olacaq. Lakin bu mövqelərə mütləq yeni oyunçular almalıyıq. Bu, futbolun üzücü tərəfidir, şübhəsiz ki, gələn oyunçu bir gün gedəcək..."

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR