NAZİR ƏMR VERDİ: sədr müavini və direktor təyinatları oldu

img

26-05-2025 [17:55]


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Bildirilib ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Şahin İbrahim oğlu Əliyev bui vəzifəyə təyinat alıb. O, buna qədər Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru olub.

Həmçinin DSMF sədrinin əmrləri ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Ağasən oğlu Məmmədov vəzifəsindən azad edilərək Fondun icraçı direktoru, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Fuad Ceyhun oğlu Zalıyev isə vəzifəsindən azad edilərək həmin Filialın direktoru təyin ediliblər.

Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru vəzifəsinə isə Aqşin Yusif oğlu Əlizadə təyin olunub. O, hazırkı vəzifəsinə qədər Nazirliyin tabeliyində DOST Agentliyinin Daxili nəzarət və audit departamentinin müdir müavini işləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA