Türkiyə super liqasını tərk edən son komanda bəlli oldu

img

26-05-2025 [00:03]


Türkiyə Super Liqasını tərk edən sonuncu komanda da bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 37-ci turda keçirilən "Kayserispor" - "Bodrum FK" matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb və bununla da "Bodrum FK" sona bir tur qalmış birinci liqaya yuvarlanıb.

Oyuna gəldikdə "Bodrum"un qolunu 13-cü dəqiqədə Pedro Brazao vurub. “Kayserispor” isə 62-ci dəqiqədə hesaba tarazlıq gətirib.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA