Azər Bağırov istefa verdi

img

25-05-2025 [19:30]


“Kəpəz”in baş məşqçisi Azər Bağırov istefa verib.

Mia.az xəbər verir ki, o, bu barədə “Turan Tovuz”a 0:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında məlumat verib:

“Rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi. Belə qərara gəldik ki, yollarımızı ayıraq. “Kəpəz” barədə çox danışmaq istəmirəm. Mənim öz baxışlarım var”.

“Kəpəz” 2024/25 mövsümünü 32 xalla turnir cədvəlinin 9-cu pilləsində başa vurub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA