Hikmət Hacıyev İranda: "Cənubi Qafqazda sülhün və sabitliyin..." - FOTOLAR

img

19-05-2025 [06:21]


Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında İrana səfəri barədə paylaşımlar edib.

Mia.az xəbər verir ki, o, yazıb:

“Tehran Dialoq Forumunda "təkbətək" formatında çıxış etməkdən və Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində yeni qlobal nizam, regional məsuliyyət və inklüzivlik, Azərbaycan-İran ikitərəfli əməkdaşlığının daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması və Cənubi Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsi barədə danışmaqdan məmnunam”.

Prezidentin köməkçisi sonra İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai ilə görüşü barədə yazıb: “Həmkarım Mehdi Sənai ilə və İranın Milli Təhlükəsizlik Şurasının katibi Dr. Əkbər Əhmədianla İran Prezidentinin Azərbaycana səfərinin davamı olaraq ölkələrimiz arasında ikitərəfli dostluq əlaqələrinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik”.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
20:19 16.05.2025

Qayıdış nəğməsi