Braziliya Prezidenti Putindən Türkiyəyə danışıqlara getməyi xahiş edəcək

img

14-05-2025 [12:02]


Braziliya Prezidenti Lula da Silva rusiyalı həmkarı Vladimir Putinlə danışmağa çalışacağını bildirib.

Bu barədə "Le Figaro" yazır.

O bildirib ki, V.Putinlə Ukrayna ilə danışıqlar üçün İstanbula səfər barədə danışmağa çalışacaq.

Qəzet qeyd edib ki, Braziliya Prezidenti Çindən Braziliyaya gedərkən Moskvada dayanmağı planlaşdırıb.

Ötən gün Çin Sədri Si Cinpin və Braziliya Prezidenti Rusiya və Ukraynanın münaqişənin həlli üçün birbaşa danışıqlara mümkün qədər tez başlamasına ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, mayın 15-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar planlaşdırılır. Ukrayna Prezidenti Vladimir Zelenski Putini danışıqlar üçün Türkiyəyə gəlməyə çağırıb.

Bildirib ki, ABŞ dövlət katibi Marko Rubio və digər amerikalı rəsmilər də bu danışıqlarda iştirak edəcəklər./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:36 14.05.2025

Sabah yağış yağacaq