Əmrullayevin “TikTok”dakı müsabiqəsi: “Bu, biabırçılıqdır" - "Yəni, hər cür “bambılılıq”, şou çıxarın və..."
12-05-2025 [15:43]
“Elm və Təhsil Nazirliyi rəhbər heyəti tam şəkildə istefa verməlidir”.
Mia.az xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti, sosioloq Elçin Bayramlı bildirib.
Ekspert Elm və Təhsil Nazirliyinin “TikTok” sosial şəbəkəsində müəllimlər üçün müsabiqə keçirməsini qınayıb:
“Bu, biabırçılıqdır. Çünki Elm və Təhsil Nazirliyi Azərbaycanda təhsili məhv etmək üçün əlindən gələn hər şey edir və artıq buna nail olub. İndi də son addımlarını atır. Müəllimlərin dərsdən başqa hər işlə məşğul olmasını təşkil etmək üçün “TikTok” kimi şəbəkəyə onları dadandırmaq, daha çox maraq yaratmaq və iş-güclərini buraxıb nələrsə çəkib hazırlamaq məsələsini ortaya qoyur. Halbuki, normal elmi müsabiqələr, yazı müsabiqələri keçirmək olardı. Hər hansı başqa bir formada intellektual yarışlar keçirə bilərdilər”.
Ekspert müsabiqənin şərtlərinə də irad bildirib: “Şərtlərə baxın, 30 saniyə olmalıdır video. 30 saniyəyə nə video ola bilər?! İnsanlara axmaq-axmaq şeyləri öyrətmək nəyə lazımdı?! İkincisi, kriteriyaya diqqət edin: daha yaxşı, savadlı video hazırlayan yox, daha çox baxış toplayan qalib gələcək. Yəni, hər cür “bambılılıq”, şou çıxarın, gecə-gündüz videonu ona-buna göndərin, paylaşın, işinizi-gücünüzü buraxıb “TikTok”la məşğul olun. Ən axmaq material belə çox baxış toplasa, o qalib olacaq. Belə bir rəzalət nəzəri cəhətdən də mümkün deyil. Düşünsəniz, heç şeytanın da ağlına gəlməz. Bu nazirliyin məqsədi, fikri nədir?! Məhv edib bütün təhsili, darmadağın eləyib müəllimlərin başına bir oyun açır, şagirdlərin başına min oyun açır, indi də belə işini-gücünü buraxıb keçib sosial şəbəkədə müəllimlərdən ibarət bir şou yaratmağa. Bu elə bir biabırçılıqdır ki, bizim əlifbada ifadə edəcək söz də yoxdur. Bu biabırçılıqlara son qoyulmalıdır. Bəsdirin, bu təhsil deyil, nə oyundur, nə şoudur çıxarırsınız?!”
“Hələ qoyduqları mükafata baxın. “iPhone 16 Pro”. Dünyanın ən son model, ən bahalı telefonunu qoyurlar uduşa, halbuki müəllim ən son model telefon işlətməməlidir. Sən müəllimə sanatoriyaya bilet, işlərini görmək üçün hər hansı kompüter, hər hansı bir avadanlıq verə bilərsən, amma bahalı telefon yox! Bundan əlavə, bütün müəllimlər – təbii ki, normal müəllimlərdən başqa digərləri başlayacaq şagirdləri məcbur etməyə ki, girin “TikTok”a, bəyənib paylaşın. Qısacası, müəllimlər və şagirdlər işlərini buraxıb orada məşğul olacaqlar. O sosial şəbəkə də murdar, rəzil, pozğun bir yerdir. Yerdə qalan əhalini, yaşlıları ora doldurmaq üçün Elm və Təhsil Nazirliyi var gücü ilə çalışır. Bu biabırçılığın bəraət veriləcək tərəfi yoxdur. Bundan daha biabırçı heç nə yoxdur. Nazirliyin rəhbərləri tam heyətlə istefa verməlidir. Belə nazirliyin olmağındansa, olmamağı daha yaxşı olar”
Kremlin sözçüsü: "İstanbulda Ukrayna ilə qeyd-şərtsiz və..." - "Türkiyədə sülh masası yenidən qurulacaq"
İlham Əliyev Ərdoğanı təbrik edib
Xarici İşlər Nazirliyi açıqlama yayıb
Qarabağ zonasında daha 315,7 hektar ərazi minalardan təmizlənib
Yağışlı hava davam edəcək
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Əli Əsədov yeni qərar imzalayıb
Türkiyədə daha bir məşqçisi istefaya göndərildi
PKK NİYƏ ÖZÜNÜ BURAXDI? - TƏHLİL
GƏLƏN AY NEÇƏ GÜN İŞ OLMAYACAQ? - Detallar
Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə 2025-ci ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Bəhreyndə - XİN başçısı ilə görüş olub (YENİLƏNİB)
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - Qalmaqal
Azərbaycanlılar Rusiyaya necə gedəcək? - Sərtləşən qaydalar və gözlənilən təhlükə...
Un neçəyədir? - Son qiymət
"Qarabağa qayıdış təkcə könüllü yox, həm də məcburi olmalıdır" - "Məsələn, Aqil Abbas, deputatsan, lap yaxşı, get, qal Ağdamda"
Əmrullayevin “TikTok”dakı müsabiqəsi: “Bu, biabırçılıqdır" - "Yəni, hər cür “bambılılıq”, şou çıxarın və..."
Prezident İlham Əliyev daha qanunu təsdiqlədi
DAHA BİR UNİVERSİTETƏ REKTOR TƏYİNATI OLDU - Sərəncam
Amasyada ardıcıl iki zəlzələ oldu - 4,4 və 4,2 bal gücündə
Rusiya MN: "Daha bir qəsəbə ələ keçirilib"
Prezidentin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
Vaqif Cavadov istefaya göndərilib
Gəncədə mənzildə yanğın: ölən var
Sabah hava proqnozu açıqlandı
Naxçıvanda iki nəfər saxlanılıb
İcra başçısının 721 minlik planı... - Agentlik qarşısını aldı
PKK özünü ləğv etdi - Qondarma təşkilat bəyanat yaydı
İsrail məktəbi bombalayıb - Ölən və yaralananlar var
Vətəndaşların bank kartlarından pul oğurlanıb - Xəbərdarlıq
ÖZÜMÜ ÇOX QÜRURLU HİSS ETDİM...
"İnter" liderlik yolunda - "Napoli" xal itirdi
Qəzza daha daha 4 uşaq həlak olub
Dövlət başçısı “Qarabağ şikəstəsi”ni ayaq üstə alqışladı - İlham Əliyevi kövrəldən anlar + VİDEO
HƏMAS GERİ ÇƏKİLDİ: "Bölgənin idarəçiliyini təhvil verməyə hazırıq" - "ABŞ vətəndaşı olan girovu azad edəcəyik"
Terimin komandası qalib gəldi
İran prezidenti: "ABŞ-la razılaşmaya çox ciddi yanaşırıq" - "Region ölkələri qardaşdır və..."
Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə telefonda danışıb - Açıqlama
Qəzza bombardman edilir - Daha 31 nəfər həlak olub