"Xudafərin" körpüsündə şok olay: sütunu qazan şəxs özünü Araz çayına atdı, digər 3 nəfər isə... - VİDEO
11-05-2025 [14:17]
May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.
Mia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb
Bildirilib ki, İran İslam Respublikası ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar.
Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunub, eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilib.
Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran İslam Respublikası ərazisində saxlanılıb.
Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülüb.
Müqabil tərəfdən verilən məlumata əsasən, saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları olduğu bildirilib.
Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ərdoğanla Zelenski telefonda danışdı: "Sülh üçün yaranan fürsətin qaçırılmayacağına inanıram"
Karlo Ançelottnin "Real"dakı "ömrü" bitdi - Məşhur məşqçi Braziliya yığması ilə anlaşdı
Trampdan diqqətçəkən anons: "Oradan İstanbula uça bilərəm" - Ərdoğan böyük prosesə ev sahibliyi edəcək"
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan, Babayan... - Onlar Bakıda məhkəmədə sorğu-sualda + FOTOLAR
"Son zəng" üçün pul tələb edən məktəb direktoru vəzifədən çıxarıldfı
Kremlin sözçüsü: "İstanbulda Ukrayna ilə qeyd-şərtsiz və..." - "Türkiyədə sülh masası yenidən qurulacaq"
İlham Əliyev Ərdoğanı təbrik edib
Xarici İşlər Nazirliyi açıqlama yayıb
Qarabağ zonasında daha 315,7 hektar ərazi minalardan təmizlənib
Yağışlı hava davam edəcək
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Əli Əsədov yeni qərar imzalayıb
Türkiyədə daha bir məşqçisi istefaya göndərildi
PKK NİYƏ ÖZÜNÜ BURAXDI? - TƏHLİL
GƏLƏN AY NEÇƏ GÜN İŞ OLMAYACAQ? - Detallar
Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə 2025-ci ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Bəhreyndə - XİN başçısı ilə görüş olub (YENİLƏNİB)
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - Qalmaqal
Azərbaycanlılar Rusiyaya necə gedəcək? - Sərtləşən qaydalar və gözlənilən təhlükə...
Un neçəyədir? - Son qiymət
"Qarabağa qayıdış təkcə könüllü yox, həm də məcburi olmalıdır" - "Məsələn, Aqil Abbas, deputatsan, lap yaxşı, get, qal Ağdamda"
Əmrullayevin “TikTok”dakı müsabiqəsi: “Bu, biabırçılıqdır" - "Yəni, hər cür “bambılılıq”, şou çıxarın və..."
Prezident İlham Əliyev daha qanunu təsdiqlədi
DAHA BİR UNİVERSİTETƏ REKTOR TƏYİNATI OLDU - Sərəncam
Amasyada ardıcıl iki zəlzələ oldu - 4,4 və 4,2 bal gücündə
Rusiya MN: "Daha bir qəsəbə ələ keçirilib"
Prezidentin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
Vaqif Cavadov istefaya göndərilib
Gəncədə mənzildə yanğın: ölən var
Sabah hava proqnozu açıqlandı
Naxçıvanda iki nəfər saxlanılıb
İcra başçısının 721 minlik planı... - Agentlik qarşısını aldı
PKK özünü ləğv etdi - Qondarma təşkilat bəyanat yaydı
İsrail məktəbi bombalayıb - Ölən və yaralananlar var
Vətəndaşların bank kartlarından pul oğurlanıb - Xəbərdarlıq
ÖZÜMÜ ÇOX QÜRURLU HİSS ETDİM...
"İnter" liderlik yolunda - "Napoli" xal itirdi
Qəzza daha daha 4 uşaq həlak olub