Prezident İlham Əliyev və birinci xanım Şuşada - FOTOLAR (Yenilənib)
09-05-2025 [17:14]
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Mia.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verildi.
Bildirildi ki, Şuşa şəhərində dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6,2 hektardır. Ümumilikdə yaşayış kompleksində 274 mənzilin inşası planlaşdırılır. Binalarda bir, iki, üç, dörd və beşotaqlı mənzillər olacaq. Yaşayış kompleksinin ərazisində zəruri sosial infrastruktur yaradılacaq.
Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən qucaq açır. İndiyədək Şuşaya 376 ailə, ümumilikdə 1409 nəfərdən artıq keçmiş məcburi köçkün qayıdıb.
Qeyd edək ki, indiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Onların sırasına mehmanxana, ofis binaları və digər obyektlərin tikintisi daxildir.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.
Mia.az xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdilər.
Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək.
Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir.
Dövlət başçısına və birinci xanıma “Daşaltı kəndinin yenidən qurulması layihəsi” çərçivəsində görüləcək işlər barədə də məlumat verildi. Bu layihə yerli memarlıq irsinə sadiqlik, ekoloji davamlılıq və müasir turizm infrastrukturu ilə kənd həyatını birləşdirir. Ümumi sahəsi 65 hektara yaxın olan Daşaltı kəndində 80 otaqlı 5 mərtəbəli hotel binası, kotteclər, ticarət və ictimai obyektlər, o cümlədən, informasiya mərkəzi, sərgi binası, emalatxana inşa ediləcək. Layihəyə əsasən təbiət və tarixlə vəhdət təşkil edən, geniş turizm imkanları olan kənd məkanının yaradılması nəzərdə tutulur.
Daşaltı kəndinin rekreasiya zonası təbiətə minimal müdaxilə prinsipi ilə layihələndirilib və təbiətsevərlərin ətraf mühitlə daha sıx əlaqə qurmasına imkan yaradacaq. Layihə müxtəlif yaş qrupları və maraqlara uyğun fəaliyyətləri özündə birləşdirir, həmçinin funksionallıq, sakitlik və macəra arasında tarazlıq yaradaraq, nadir istirahət təcrübəsi təqdim edir.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.
Mia.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Bu tibb ocağının təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Altı korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Mərkəzdə, həmçinin konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostik laboratoriya yaradılıb. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunub. Bunlar isə öz növbəsində Mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır.
Tibb ocağının ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, hemodializ və digər korpuslar inşa olunub.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür müasir tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayır. Mərkəzin xidmətlərindən, eyni zamanda, ətraf şəhər və rayonların əhalisi də istifadə edə biləcək.
Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb
Türkiyə-ABŞ-Suriya İşçi Qrupunun toplantısının yeri bilindi
Sahibə Qafarova İspaniyaya yollanıb
Dövlət İmtahan Mərkəzi qəbulla bağlı xəbərdarlıq yayıb
Qarabağda daha 1291.8 hektar ərazi minalardan təmizlənib
Rasim Balayev: "Onun qaranlıq taleyi dərhal araşdırılmalıdır” - "Anası prokuror olub, yaxşı yaşayıblar"
Bakıda gecə leysan yağacaq - Xəbərdarlıq
Rıza Çalımbayın komandası super liqanı tərk edib
Daxili İşlər Nazirliyi bank kartı olanlara xəbərdarlıq edib
"Tanışla, tapşırıqla uğur olmur vallah"
Məktəb direktoru 1000 manat cərimələnib
“Space” TV-nin direktoruna ağır itki üz verib
Zelenski Trampa məktub göndərib
Bakının bu ərazisini tez-tez su basır - VİDEO
Sədr bir Hikməti "vurdu", digərinə yüksək vəzifə verdi - KEÇMİŞ DOSTLARI AHİK-in ÇATISI ALTINA TOPLANIR
Mourinyodan "Qalatasaray"ın çempionluğuna maraqlı reaksiya: "Dünyaya Türkiyə liqasının eybəcərliyini göstərdim..."
Somalidə döyüşlər şiddətlənib - 70 Əş-Şəbab üzvü zərərsizləşdirilib
Ege dənizində zəlzələ - 4.6 bal gücündə
İsrail ordusu Qəzza zolağını raket və bombalarla "şumlayır" - Daha 140 fələstinli həlak olub
ABŞ dövlət katibi: "Rusiya qeyri-real tələblərdən əl çəkməlidir"
Burak Yılmaz: "Onun üzrünü qəbul etmirəm"
"Üzləşdiyimiz təzyiqə dözmək asan deyil"
"Qalatasaray" çempion oldu - Açıqlamalar
İsrail ordusu İndoneziya xəstəxanasını mühasirəyə alıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "Biz Avrasiya regionunda inkişaf edən xoşbəxt ölkəyik" - "Kimlərinsə bizim üçün nizam yaratmasına imkan verməməliyik"
Sabahın hava proqnozu açıqlandı
Xırdalanda dəhşətli qətl: 35 yaşlı şəxsin küçədə boğazını kəsiblər
Mütəllim Rəhimli partiya sədri seçilib
General Faiq Məmmədov vəzifədən azad olunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident İlham Əliyev fərman verdi - Məmurlarla bağlı
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev Tokayevə zəng etdi - Nələr müzakirə olunub?
Azərbaycan nefti bahalaşıb
1370 manat maaş alan sabiq nazir: "1000 manat maaşla heç bir alim ailə dolandıra bilməz"
Nazir deputatın qızını direktor təyin etdi
Prezidentdən kübar davranış... - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Volkan Dəmirəl super liqanın yeni komandası ilə danışıqlar aparır
ÇİNDƏN ABŞ və AVROPANI QORXUYA SALAN GİZLİ HƏMLƏ - Günəş panellərinə "ölüm cihazları" yerləşdirilib