Starmerdən ABŞ-la tarixi razılaşma haqda açıqlama: "Prezident və mən bir-birimizə hörmət edirik və..."

img

08-05-2025 [20:59]


"ABŞ-la imzalanan ticarət razılaşması tarixi əhəmiyyət daşıyır"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Keir Starmer Donald Tramp ilə telekonfrans görüşündən sonra deyib.

O, jurnalistlərin suallarını cavablandırarkən deyib ki, razılaşma ilə ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi 25 faizlik gömrük tarifi İngiltərəyə şamil olunmayacaq: "Tarif sıfırlanacaq. Bundan başqa, ABŞ İngiltərədən avtomobil idxalına tətbiq etdiyi 27,5 faizlik tarifini də illik 100 min avtomobil üçün 10-a endirəcək. Bu, böyük və əhəmiyyətli bir anlamaşmdır. Anlaşma Böyük Britaniyada biznes mühitini və minlərlə iş yerini  qoruyacaq. Çox məmnunam. Bu müqavilə gələcək üçün inanılmaz bir platforma yaradacaq".

Baş nazir "Trampın razılaşmaya sadiq qalacaqmı" sualına belə cavab verib: "Prezident və mən bir-birimizə hörmət edirik və bu proses boyunca bir-birimizə güvənirik".

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib