Jurnalist Ülviyyə Əli saxlanıldı - Məhkəmə qərar verdi (YENİLƏNİB)

img

07-05-2025 [16:38]


Məhkəmə "Meydan TV" işi üzrə saxlanılan Ülviyyə Əli (Quliyeva) barəsində qərar verib.

Məlumata görə, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 1 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bundan əvvəl "Meydan TV"nin əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov da saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

***

Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb.

Mia.az
 xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Ülviyyə Əlinin “Meydan TV” işi ilə əlaqədar saxlanıldığı bildirilir.(APA)


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 07.05.2025

Sabah yağış yağacaq