"Qalatasaray" Saranın qiymətini müəyyənləşdirib - 40 milyon avro

img

02-05-2025 [00:41]


"Qalatasaray"dakı oyunu ilə diqqətləri üzərinə çəkən brazilyalı Qabriel Sara İngiltərə Premyer Liqa klublarının "radar"ına düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq 25 yaşlı futbolçu üçün İstanbul klubunun qapısını döyməyə hazırlaşan ciddi klublar var.

Türkiyə mediası yazır ki, "Qalatasaray"ın ötən yay 18 milyon avroya "Norviç Siti"dən satın aldığı Qabriel Saranı ucuza satmaq niyyətində deyil: "Klub ona minimum 40 milyon avro dəyər kəsib"

Fərid ASLAN
Mia.az


 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA