Sahib Məmmədovun kadr siyasəti - AHİK-in yeni sədri təyinatlarda kimlərə üstülük verir?

img

01-05-2025 [12:03]


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinə yeni müşavir təyin olunub.

Mia.az xəbər verir ki, müvafiq əmrlə Kamran Qəhəd oğlu Umudov həmin vəzifəyə təyinat alıb.

K.Umudov bu vəzifəyə qədər Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Analitik təhlil, planlaşdırma və monitorinq şöbəsinin müdiri, eyni zamanda agentliyin Həmkarlar İttifaqının sədri vəzifəsində çalışıb(Report).

Mia.az xatırladır ki, AHİK-in yeni sədri Sahib Məmmədova vaxtilə çalışdığı İqtisadiyyat Nazirliyi və onun tabeliyindəki təşkilatlardakı kadrlarını hazırda "Həmkarlar"a toplamaqdadır.

O, bir neçə gün əvvəl nazirliyin sabiq mətbuat katibi Abbas Əliyevi də Həmkarlar İttifaqları Konfedederasiyasının Aparat rəhbərinin müavini vəzifəsində gətirib.

Bundan başqa, yeni sədr köməkçidən tutmuş, bir çox vəzifələrə qədər keçmiş iş yerindəki şəxslərə üstünlük verir. Beləliklə, o, kadr siyasəti ilə keçmiş sədr Səttar Möhbalıyevə rəhmət oxutdurmağa başlayıb.

Yeri gəlmişkən, S.Məmmədov sabiq sədrin dövründə işləyənlərin deməkolar ki, 70 faizini qısa zamanda AHİK-in mərkəzi qərargahından uzaqlaşdırıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR