Vilayət Eyvazov generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
25-04-2025 [17:53]
Daxili İşlər Nazirliyinin (DİN) müvəqqəti saxlama yerlərində aprelin 25-də saxlanılan şəxslərin hüquqlarının qorunması, cinayət işlərinin istintaqı və təhqiqat zamanı qanunçuluğa riayət edilməsi, polis-media əlaqələrinin təşkili sahəsində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
Mia.az DİN-ə istinadla xəbər verir ki, iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2025-ci ilin I rübündə də məqsədyönlü şəkildə davam etdirilib.
Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 7.829 cinayətin 87 faizi açılıb. Cinayətlərin dinamikasında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz və ya 1.101 fakt azalma qeydə alınıb.
Ağır və xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə olanlar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, ictimai yerlərdə, qrup halında və ailə münaqişəsi zəminində baş verənlər, əvvəllər məhkum olunmuş şəxlər tərəfindən və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı azalıb.
Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 662 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 333 kiloqram çox narkotik vasitə çıxarılıb. Əllərdə qanunsuz saxlanılan 2.309 odlu silah aşkarlanıb.
Vətəndaş məmnunluğunun təmin edilməsi, o cümlədən müraciətlərə baxılması üzrə fəaliyyətin nəticələrinin müsbət olduğunu, cinayət yolu ilə şəxslərə vurulmuş maddi ziyanın 96 faizinin istintaq prosesində ödənildiyini nəzərə çatdırıb.
Daha sonra gündəlikdəki məsələlərlə bağlı Nazirliyin Baş idarə, idarə və ərazi polis orqanlarının rəislərinin görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxışları dinlənilib.
Kollegiya iclasına yekun vuran nazir qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulan tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə icra olunduğunu, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsini tələb edib.
Bütün ərazi polis orqanlarının rəislərindən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasının zəruriliyini və müvafiq sahədə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb.
Törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında polis orqanlarının istintaq və təhqiqat qurumlarının mühüm rolunu, bu istiqamətdə işin düzgün təşkilinin cinayətlərin açılmasında və araşdırılmasında, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasında, vurulmuş maddi ziyanın ödətdirilməsində əhəmiyyətini də qeyd edib. Hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulayıb və aidiyyəti üzrə konkret tapşırıqlar verib.
Ərizə və şikayətlərə baxılması, eləcə də qanunçuluğun qorunması vəzifələrinin icrası kimi vacib məsələlərə toxunaraq bu istiqamətlərdə görülən işlərin xüsusi nəzarətdə saxlanıldığını, müraciətlərin obyektiv və həssaslıqla araşdırıldığını, qaynar xətlərə daxil olmuş və sosial şəbəkələrdə yayımlanmış məlumatlara çevik reaksiya verildiyini, bütövlükdə əldə edilmiş nəticələrin müsbət olduğunu bildirib.
Dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən və fərdi məlumat mübadiləsini təmin edən “E-Polis” mobil tətbiqinin, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini, “Elektron Xidmətlər Portalı” üzərindən göstərilən daha 31 adda dövlət xidmətinin mobil tətbiqlərinin hazırlandığını diqqətə çatdırıb. Cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması işinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdıraraq bu sahədə təbliğat işinin effektivliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən maarifləndirmə materiallarının hazırlanıb ictimaiyyətə çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə mane olan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını, insanların həyat və sağlamlığının yol-nəqliyyat qəzalarından qorunması işinin effektivliyinin artırılmasını tələb edib, habelə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində qarşıda duran vəzifələri müəyyən edib.
Yekunda polis-media əlaqələrinin vəziyyətinə toxunaraq Daxili İşlər Nazirliyinin mediaya ən açıq qurumlardan biri olduğunu qeyd edərək Mətbuat Xidmətinin fəaliyyətinin daha səmərəli təşkili, informasiya məkanında rolunun artırılması, görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə operativ çatdırılması üçün tapşırıq və tövsiyələrini verib.
III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - MƏTN
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
SABİQ NAZİRDƏN MÜSAHİBƏ: "Məktəb də, müəllim də hörmətdən düşüb" - "Niyə o müəllimdən imtahan götürürsünüz?”
İcra başçısı Təhsil Şöbəsinin keçmiş müdirinə vəzifə verdi - İH-yə kimlər gəldi, kimlər getdi?
Bakıda daha iki məktəb direktoru cəzalandırılıb
Prezident İlham Əliyev Macarıstanda - FOTOLAR
Telefon alverçisi mühüm dövlət qurumuna aparat rəhbəri təyin olundu
“Bakcell” süni intellekt təlimi təşkil etdi - FOTOLAR
Sumqayıtda müəssisədə partlayış: beş nəfər xəsarət alıb - Üçünün vəziyyəti ağırdır (YENİLƏNİB)
Daha üç qanun dəyişir
Un neçəyədir? - Açıqlama
Bakıda "GlobE Network"un altıncı plenar iclası... - İlham Əliyev müraciət edib (Yenilənib)
Müğənni rektorla Prezidentin köməkçisini "üz-göz" elədi: "Xeyirdimi Bostançı?" - Açıqlamalar
Zelenski sülhə "yaşıl işıq" yandırdı: "Məlumat alan kimi, ictimaiyyətə açıqlayacağıq - "Heç kim, heç bir sakin evini, torpağını təslim etməyəcək"
Xan Yunusun əhalisi yenidən köç edir - FOTO
Kəngərliyə daha 50 ailə köçürülüb
"Evdəki böyük qardaşlarına da demişəm ki, artıq evdə qorxmalı olduğumuz birisi var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan Putinlə görüş haqda açıqlama: "Müharibəyə son qoymaq üçün danışıqlara başlayacaq"
Baş nazir: "Bu ölkəyə "Eurovision"da qadağa qoyulmalıdır"
PUTİİNLƏ TRAMPIN 2 SAATDAN ÇOX ÇƏKƏN TELEFON DANIŞIĞI... - İlk açıqlama gəldi (Yenilənib)
Tramp bu ölkəyə güc tətbiq edə bilər - Ağ Evdən açıqlama
BAKIDA SENSASİYALI MƏHKƏMƏ PROSESİ: onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verilib
ZAKİR HƏSƏNOV İSRAİLƏ NİYƏ GEDİB? - Görüş + Müzakirə (FOTOLAR)
Şirvan və Hacıqabulda qaz olmayacaq
“Avroviziya-2025”: Azərbaycanın İsrailə 12 xal verməsi... - TƏHLİL
Keçmiş nazirin ölkədən çıxışı məhdudlaşdırılıb - Vergi borcu var
Saleh Səmədovun oğlu da vəzifədən çıxarılıb - İcra başçısı əmr verdi
Məhkəmə-Hüquq Şurasının yubiley medalı təsis olunacaq
Bako Sahakyan günahını etiraf etdi - Məhkəmə prosesi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Rəis könüllü vəzifədən getdi, aparat rəhbəri isə...
Zahid Oruc: "Ortaq bir qiymət tarifi yoxdur"
Petrosyanın çıxışı məhkəmədə dinlədildi: "Bir məqamı da qeyd etməyə bilmərəm ki..."
Rəis vəzifədən çıxarılıb
Cəlilabadda polis əməliyyatı: iki nəfər tutulub
"Toplum TV"nin əməkdaşları hakim qarşısına çıxarıldı
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib