Əkrəm İmamoğluna görə tutulanlar ittihamı rədd edirlər - Məhkəmə prosesi

img

21-04-2025 [21:20]


Bu gün İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri əkrəmİmamoğlunun martın18-də saxlanlmasına etiraz olaraq mart ayıın 18-dən 23-dək küçə aksiyalarına qatılan 49 nəfər hakim qarşısına çıxarılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul 70-ci Asliye Cəza Məhkəməsində keçirilən prosesdə akisyada dağıdıcı hərəkətlərdə ittiham olunanların ifadələri dinlənilib.

Məlumata görə, təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamları qəbul etməyiblər.

Müzakirələrdən sonra proses təxirə salıb.

Xatırladaq ki, ittiham aktında yer alan maddələr sübut olunarsa, saxlanılanlarınhər biri 6 aydan 3 ilə qədər həbs cəzası ilə məhkum oluna bilər.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA