Hakan Fidan - Ərdoğanın sirr dağarcığı - "Uzun boylu kubar, casus-diplomat” (TƏHLİL)
21-04-2025 [12:34]
Rusiyada post-Putin, Türkiyədə isə post-Ərdoğan dönəminə hazırlıq gedir. Həm yerli, həm də beynəlxalq mediada xələflər haqqında müxtəlif məlumatlar yayır. Bu yazıda post-Ərdoğan dövründə Türkiyəni yönəldəcəyi ehtimal olunan birisində söhbət açacağıq.
Türkiyənin “duvarenglish.com” saytı hələ 2023-cü ilin sentyabrında bu məsələyə toxunmuşdu. Nuray Babacan o vaxt belə yazmışdı: “Partiya daxilində prezident Ərdoğandan sonra növbəti AKP lideri kimi əsasən üç nəfərin adı çəkilir: Ərdoğanın kürəkəni və Baykarın ortağı Səlcuq Bayraktar, xarici işlər naziri Hakan Fidan və millət vəkili, keçmiş daxili işlər naziri Süleyman Soylu”. Yazar onlardan yalnız Süleyman Soylunun xalq arasında populyar olduğunu vurğulayır. Ancaq bu da faktdır ki, Qərb və Rusiya mediasında Ərdoğanı əvəz edəcək şəxs kimi Hakan Fidanın adı sıx-sıx çəkilir.
Elə oradan başlayaq ki, Nuray xanımın sözügedən məqaləsində deyir ki, cənab Fidan hərbçi olaraq “kəşfiyyat şefi” kimi uğur qazanıb. Bu uğurun sivil siyasətə transformasiyası isə onu bu rəqabətdə xeyli irəli çıxarda bilər. Proseslərin gedişi gösrtərir ki, bu proqnoz sürətlə reallaşır. Cənab Fidan artıq Ədalət və İnkişaf Partiyasının (AKP) lideri və Türkiyə prezidenti kimi Tayyib Ərdoğanın mümkün varisi kimi görünür.
Ona görə də bu yazıda Hakan Fidan fenomeninin bəzi xüsusiyyətlərinə diqqət edəcəyik.
Hakan Fidan (1968) 2023-cü ilin iyun ayından Türkiyənin xarici işlər naziri vəzifəsini icra edir. Əslində isə o, diplomatik aləmə yad fiqur deyildi. Hakan Fidan hələ 2007-ci ildə Baş nazirin xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə müavini vəzifəsinə təyin olunub. O, 2010-2023-cü illər arasında Millî İstihbarat Teşkilatının (MİT. 1965-ci ildə yaranıb) direktoru olub. O, bu vəzifəyə təyin olunmuş ən gənc (42 yaşında) məmur sayılır. ABŞ-ın nüfuzlu “Forbes” yarnalı belə yazır: “Fidanın rəhbərliyi altında və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə MİT kəşfiyyat məlumatı toplama və təhlil imkanlarını, eləcə də əməliyyat imkanlarını artıraraq dörd dəfədən çox böyüdü”.
O, ata tərəfdən vartolu kürddür, Həsənan tayfasındandır. Onun anası isə Dənizlidən olan türkmən qızıdır. ABŞ-nın Merilend Universitetindən İdarəetmə və Politologiya sahəsində bakalavr dərəcəsi almışdır. Bilkənt Universitetində "Xarici Siyasətdə Kəşfiyyatın Yeri" mövzusunda magistr dərəcəsi almışdır. Hacəttəpə universitetlərində də elmi fəaliyyətlə məşğul olmuşdur. Almaniyadakı NATO Çevik Reaksiya Korpusunun Qərargahında çalışan Fidan 2003-2007-ci illərdə Baş nazirlik nəzdindəki Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başçısı oldu. TİKA Türkiyənin yumşaq gücünün artmasında mühüm rol oynayıb. Dünyanın müxtəlif yerlərində müxtəlif inkişaf layihələri həyata keçirməklə Türkiyənin humanitar və məsuliyyətli qlobal aktor kimi imicinin təbliğinə kömək edib. Əsasən türk, Afrika, Yaxın Şərq ölkələri ilə müxtəlif layihələr həyata keçirib.
Almaniyanın məşhur “spiegel.de” saytı 2018-ci ilin sonlarında “Der Mann, der alles über Khashoggis Sterben weiß” (Camal Qaşıqçı haqqında hər şeyi bilən adam) adlı məqaləsində yazırdı ki, Hakan Fidan həm də Tayyib Ərdoğanın mühafizəsi ilə bağlı məsləhətçi kimi qismində çalışıb.
Fidan Türkiyənin Bəşər Əsəd rejiminə qarşı döyüşən suriyalı üsyançılara aktiv dəstək verməklə bağlı regional strategiyasının formalaşmasında mühüm rol oynayıb. O, MİT rəhbəri kimi Türkiyənin İsrail və Birləşmiş Ştatlar ilə təhlükəsizlik sahəsində əməkdaşlığına önəm verdi. Ancaq İranla da əməkdaşlıq etdi. 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdi zamanı Fidan etirazın yatırılmasında Ərdoğana yardımçı olmaqda mühüm rol oynayıb. 2017-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı zamanı o, Türkiyədə həyata keçirilən siyasi təmizləmələrdə adı keçən Gülən Hərəkatının tərəfdarı olduğu iddia edilən 300 nəfərin siyahısını Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) prezidenti Bruno Kala təqdim etdi. O, 2022-ci ilin sentyabrında Bağdadda İraq Parlamentində sünni blokundan Hamis Hancerə ilə bir araya gəldi və İraq prezidenti Baram Salih ilə də görüşdü.
Cənab Fidan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə gizli sülh danışıqlarına cəlb edilmişdi və bu danışıqlara görə 2012-ci ildə dövlət ittihamçısı onun barəsində araşdırma aparmaq istəyirdi. Lakin Rəcəb Tayyib Ərdoğan prosesə müdaxilə etdi və istintaq araşdırmasına imkan vermədi. Daha sonra Abdullah Öcalanla danışıqların aparılması ona həvalə edildi. Qərb mənbələri onu da yazır ki, Tayyib Ərdoğan hökuməti Hakan Fidan üzərindən İranın Qərb sanksiyalarından yayınması və gizli qara bazara yol tapmasına yardım göstərib.
Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə 2022-ci il iyulun 22-də Rusiya və Ukrayna arasında imzalanmış Qara Dəniz Taxıl Təşəbbüsü işində də Hakan Fidan ciddi rol oynayıb. Bu saziş Rusiyanın Ukraynaya hərbi təcavüzü ərzində Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasını təmin edib.
2023-cü ilin sentyabrında Azərbaycan separatçı və qondarma Artsaxa qarşı anti-terror əməliyyatı həyata keçirdi. Hakan Fidan Azərbaycana diplomatik dəstək verdi və Azərbaycanın hərbi əməliyyatının “əsaslı” olduğunu və “Azərbaycanın öz suveren ərazisində lazım bildiyi tədbirləri gördüyünü” bəyan etdi.
ABŞ hökumətinin Suriya üzrə xüsusi elçisi olmuş Ceyms Cefri Hakan Fidanı “yeni Yaxın Şərqin yeni siması” adlandırıb. Prezident Ərdoğan isə onu “bütün sirlərin qoruyucusu” sayır.
O, İran İnqilabı Keşikçiləri Korpusunun elit birliyi olan Qüds Qüvvələrinin komandanı Qasim Süleymani ilə sıx əlaqələr qurub. Hətta 2010-cu ildə ABŞ Fidanı Amerika və İsrailin kəşfiyyat məlumatlarını Tehrana gizli şəkildə ötürməkdə ittiham edib.
Fidan Türkiyənin xarici siyasətinin ən kritik məsələlərinə dərindən bələddir. Və bu amil onun gücünə güc qatır, ona böyük üstünlüklər qazandırır.
Belə görünür ki, Ərdoğan Türkiyənin təhlükəsizlik, iqtisadi və enerji maraqlarını prioritet bildiyi praqmatik yanaşmanı izləyən hazırkı xarici siyasətini davam etdirmək niyyətindədir.
Türkiyə Rusiya ilə Qərb ölkələri arasında geosiyasi maraqlarını tarazlaşdırmaq strategiyasını davam etdirir. Bu kontekstdə Türkiyənin Ukrayna və Kremllə yaxşı münasibətləri var, eyni zamanda Türkiyə Rusiyanı konstruktiv şəkildə əlaqə saxlaya biləcəyi tərəf kimi görür.
Ankara və Moskva “Türk axını” təbii qaz kəməri və Türkiyənin ilk atom elektrik stansiyası kimi infrastruktur təşəbbüsləri üzərindən əməkdaşlıq edir. Türkiyə Rusiyanı Türkiyə vasitəsilə Avropaya bağlayan “Türk axını” boru kəməri ilə Avropanın qaz mərkəzinə çevrilməkdədir. Bu əməkdaşlıq həm də iki ölkə arasında iqtisadi əlaqələrin artmasına səbəb olub.
Nəzərə alsaq ki, Fidan uzun müddət MİT-in rəhbəri olub, bu o deməkdir ki, o, daxili, regional və beynəlxalq hadisələrlə bağlı kritik mövzular və məsələlərlə bağlı etibarlı məlumatlar əldə edib. Bu da onu xarici işlər naziri kimi Türkiyənin maraqlarını inkişaf etdirmək üçün unikal bir mövqe qazandırıb.
"Onun bir neçə region ölkəsi ilə yaxınlaşma və normallaşmaya nail olmaq üçün arxa qapı diplomatiyasına cəlb olunması o deməkdir ki, o, öz irsi üzərində dayanacaq və Türkiyənin regional və beynəlxalq oyunçularla əlaqələrini inkişaf etdirəcək. Bəzi regional və ya beynəlxalq məsələlərdə tələb olunan yumşaq və ya sərt diplomatiya olsun, o, bu rolu oynamaq üçün yaxşı mövqedədir".
Hakan Fidan Türkiyənin Qərb tərəfdaşları ilə yaxşı həmsöhbət ola bilər. Türkiyənin kəşfiyyat təşkilatının rəhbəri kimi o, təhlükəsizlik və xarici siyasət məsələləri ilə bağlı geniş biliyə və təcrübəyə malikdir. Elə buna görə də onu “doktor Fidan” adlandıranlar da az deyil.
Fidan siyasi vəzifəyə qədər casusluq məktəbi keçmiş ilk məmur deyil. Rusiya prezidenti Vladimir Putin KQB məktəbi keçib. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru vəzifəsində çalışmış ABŞ-ın keçmiş prezidenti Corc Volker Buşun (2001-2009) karyera trayektoriyalarını xatırlatmaq kifayətdir. Bu mənada Hakan Fidanın da prezident olmaq şansı var.
ABŞ-ın keçmiş dövlət katibi, Mayk Pompeo da Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru idi. Yəni ABŞ tarixində də belə şeylər olub.
AKP-nin xarici siyasət komandasının mühüm üzvü olan Fidan (bəziləri onu xarici işlər naziri təyin olunmuşdan çox-çox əvvəl “kölgədəki xarici işlər naziri” kimi təqdim edirdi. Qərb mənbələri yazır ki, 2023-cü ildən əvvəl də o, xarici işlər naziri olmağa cəhd etsə də buna nail olmamışdı. O, Abdullah Gül və Əhməd Davudoğlu ilə yaxın idi. Gül 2007-ci ildə prezident olanda Fidan onun administrasiyasında vəzifə üçün nəzərdə tutulmuşdu. Əvəzində Fidan Davudoğlunun rəhbərliyi altında baş nazirlikdə yerləşdirildi və o, həssas məsələlərlə bağlı təcrübə qazandı. O, ABŞ və İran arasında kəskin gərginlik dövründə Türkiyənin Beynəlxalq Atom Enerjisi Agentliyində nümayəndəsi vəzifəsində çalışıb.
“The Financial Times” Hakan Fidanı "uzun boylu kübar, casus-diplomat” adlandırıb. Adıçəkilən qəzetə müsahibəsində o, kəşfiyyatdan qlobal diplomatiyaya keçidini obrazlı şəkildə belə ifadə etmişdi: “Əvvəl mən böyük bir təşkilatı idarə edirdim, indi isə bir təşkilat məni idarə edir”.
Hakan Fidan ailəlidir və üç övladı var.
Elbəyi Həsənli. Sürix
Tramp Pekini yenə hədələdi: "Əgər Çin bizimlə anlamasa..."
"Bu oyuna bütün gücümüzü qoyacağıq" - Selçuk İnan
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qorxaq, ikiüzlü, yalançı, tamahkar, satqın, vicdansız və..." - "Belə insanlarla hətta eyni ölkədə yaşamaq, təhqir kimidir"
Xələf Xələfov Tehranda - İran rəsmiləri ilə görüş olub + FOTOLAR
Ramiz Mehdiyev və Abbas Abbasovla bağlı illər əvvəl həyəcan təbili çalan diplomat... - "Onlar ən ağır şəkildə cəzalanmalıdır"
Fərid Qayıbov COP10-un sədri seçilib
Norveç klubundan İstanbula gedən azarkeşlərinə xəbərdarlıq: "Orada "Qalatasaray" fanatları olur, getməyin"
“Kurtlar Vadisi”nin “Baba Memduh”u dünyasını dəyişib
HƏMAS daha bir israillinin cəsədini təhvil verəcək - Bu gecə
UEFA türk hakimə bu oyunu həvalə etdi
Türkiyədə hərbçi polislə atışıb və... - FOTO
Əkrəm İmamoğlunun məhkəməsində əlbəyaxa dava düşüb
Qəzzada atəşkəs yenə pozulub? - Son 24 saatda daha 45 nəfər ölüb
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
Adnan Əhmədzadə bu şirkətdən uzaqlaşdırıldı
BİR MƏKTƏBDƏ ÜÇ ƏMƏKDAŞIN YENİ YAŞI... - FOTOLAR
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xadimədən 1500 manat, qeydiyyatçıdan 500 manat... - Hərbi Sanatoriyanın rəisi buna görə saxlanılıb (YENİLƏNİB)
"Bakcell" bu həftə 1 avtomobil, 7 "iPhone 17" hədiyyə edəcək!
Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
Nazir müavini vəzifədən azad olunub - Xəyalə Dadaşova yola salındı
Dövlət Su Agentliyi yeni maşınlar alır - 1.5 milyonluq
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
"Beşiktaş"ın start heyətində kimlər olacaq? - SİYAHI
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub - FOTOLAR
Məşhur Luvr muzeyindən oğurluq olub - Napoleonun həyat yoldaşına məxsus daş-qaş aparılıb
Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna geri dönüb: "155 sərnişin operativ şəkildə təxliyə olunub" - FOTOLAR (Yenilənib)
"Əhliman Əmiraslanov mənə təqdimat yazmalıdır" - Rektordan Mehdiyevin gəlini ilə bağlı açıqlama
Orxan Əli Departament rəhbəri təyin olunub
Bu müəllimlərə pul veriləcək - SİYAHI
Nizami Rəmzinin qızı həbs edildi
Zelenski Makronla görüşəcək
Universitetdən Ramiz Mehdiyevin gəlini barədə açıqlama: “Nigar xanım hazırda xəstədir, işə gəlmir"
Ramiz Mehdiyevin mühafizəçisi danşdı: "Oğlu və qızı gəlib-getmirlər, evə bazarlığı da..." - "Evdə xanımı ilə qalır"
UEFA Çempionlar Liqasının oyunları bu kanaldan yayımlanacaq - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
Xaçmazda 34 yaşlı şəxs güllələnib
Daxili İşlər Nazirliyi əhaliyə çağırış edib