Mətbuat katibi: "Fransa regional işlərimizə qarışmaq əvəzinə, təkcə..."
15-04-2025 [09:36]
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa rəsmilərinin ölkə əleyhinə iddialarına cavab verib.
Mia.az xəbər verir ki, o, rəsmi Bakının Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun bu ölkənin Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd etdiyini və pislədiyini bəyan edib: "Fransanın siyasətindəki ikili yanaşma, sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur".
A.Hacızadə deyib ki, Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi, onun davamlı anti-Azərbaycan mövqeyi ilə yanaşı, sülh prosesinə xələl gətirir və bu, xarici işlər naziri Jan-Noel Baronun regional gərginliklə bağlı açıq şəkildə narahatlığını ifadə etməsi ilə tamamilə ziddiyyət təşkil edir: "Bundan əlavə, sülh müqaviləsi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, Fransa tərəfi yaxşı başa düşür ki, sülh sazişinin imzalanması və davamlı sabitlik digər məsələlərlə yanaşı, əsas problemlərin, xüsusilə də Ermənistanın konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasını, habelə Minsk Qrupunun və ATƏT-in digər əlaqəli strukturlarının rəsmi şəkildə ləğvini tələb edir".
XİN sözçüsü qeyd edib ki, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə olmaqla yanaşı, dəhşətli qəddarlıqlara görə məsuliyyətin müəyyən edilməsi prosesini sarsıdır. Fransanın bu cür müdaxiləsi cinayətkarları qorumaqla cəzasızlığın davamıma xidmət edir: "Fransa regional işlərimizə qarışmaq əvəzinə, təkcə Azərbaycan deyil, müxtəlif dövlətlər tərəfindən böyük tənqidlərə məruz qalan, xüsusən də dənizaşırı ərazilərində və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməlidir".
A.Hacızadə həmçinin qeyd edib ki, fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb: "Heç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası”nın mənəvi cəhətdən iflasa uğradığını nümayiş etdirir. Fransadan sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoymağı tələb edirik".
Xatırladaq ki, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro aprelin 14-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İKİ HAKİM ALİ MƏHKƏMƏNİN HAKİMİ TƏYİN EDİLƏCƏK
TÜRK GƏNCLƏRİNİN SƏSI – “ULDUZ”UN OKTYABR SAYI
Ruben Vardanyan vəkildən imtina etdi - Bakıda məhkəmə prosesi
MEDİA və "Euronews"un birgə təlim proqramı başlayır
Rəsmi Moskvadan Putin-Tramp görüşünü barədə - Açıqlama
Qəzzada daha 13 nəfər öldürülüb
Deputatdan Ramiz Mehdiyevlə əlaqəsi haqda suala maraqlı cavab: "İkimiz də sovet adamlarıyıq"
İcra başçısının 615 minlik sövdələşməsi şübhə yaratdı
“Qarabağ” azarkeşlərə müraciət edib
Premyer Liqada IX turun hakim təyinatları açıqlandı
İlham Əliyev Qazaxıstanın milli geyimində - VİDEO
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..." - Rəsmi ziyafətdə "Alagöz" mahnısı + VİDEO
Bu nazirliklə Ramiz Mehdiyevin oğlunu nə bağlayır?
"YAP "Siyasi təhlil və informasiya” şöbəsinin sabiq müdirinin analizi..." - Alqış Həsənoğlu deputatın "bostanı"na elə ağır daş atdı ki...
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
AFFA bu klubu cərimələyib
"Space TV"yə xəbərdarlıq olunub - SƏBƏB
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası olub - FOTOLAR
Hər ay 1.1 milyon avro alan qolkiper "Fənərbağça"dan göndərilir? - Edersonla bağlı müəmma var
Sabah hava necə olacaq? - Proqnoz
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni detallar üzə çıxdı
Ermənistanda həqiqi hərbi xidmət müddəti azaldılacaq - 6 ay
"Ziraat Bank"da müştərilərinin depozitləri sığortalanmır
Bakıda avtobus bulvara "girdi" - VİDEO
İsa Həbibbəyli övladının oğurlanan bir milyon avrosundan danışdı: "Mənm addımı hallandırmayı, xahiş edirəm" - TƏFƏRRÜAT
Adanada 19 İŞİD üzvü tutulub
Azərbaycan neftinin qiyməti 61 dollara enib
"Bu gün həmin formula riyazi anlayışdan siyasi və tarixi reallığa çevrilib" - Hikmət Hacıyev
Ramız Mehdiyevin kürəkəni: "Mənim mağazam, iaşə obyektim yoxdur, müəssisəm var” - VİDEO
CNN: "Lavrovla Rubionun görüşü alınmadı, Tramp və Putinin Budapeşt sammiti təxirə salına bilər"
CHP-nin parlamentdəki deputat fraksiyasının sözçüsünə cinayət işi açıldı - Ərdoğana görə
Türkiyənin 50 şəhərində eyni anda əməliyyat: 286 nəfərə tutulub
Bu gecə Çempionlar Liqasının üçüncü tur oyunlarına start verilir
Rəşid Mahmudov: “Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil”
AZAL-da yarıtmaz idarəçilik, yoxsa... - Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)
Yaponiya tarixində bir ilk - Qadın baş nazir seçildi
""Yutub"dan qazancım məni qane edir" - Şəbnəm Tovuzlu
Trampın kürəkəni və nümayəndəsi İsrail rəsmiləri görüşüb - Qəzza Planın ikinci mərhələsi müzakirə olunur
Tramp Pekini yenə hədələdi: "Əgər Çin bizimlə anlamasa..."
"Bu oyuna bütün gücümüzü qoyacağıq" - Selçuk İnan