Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - "Adekvat cavab tədbirləri görülüb"

img

11-04-2025 [09:01]


Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-u saat 20:55-də Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR