Zaxarova: "Fransanın hərəkətləri cavabsız qalmayacaq"

img

10-04-2025 [10:35]


"Fransanın hərəkətləri cavabsız qalmayacaq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada həftəlik ənənəvi mətbuat konfransında suallara cavabda bildirib

Zaxarova deyib ki, aprelin 6-da Fransanın Paris-Şarl de Qoll hava limanında Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının saxlanılması qəbuledilməzdir: "Bu hadisədən dərhal sonra Fransanın Moskvadakı səfiri Nikola de Rivyer nazirliyə çağırıldı, ona etiraz notası təqdim olundu. Bundan sonra əməkdaşımızın ölkəyə girişinə icazə verilib. Lakin əməkdaşımızın bir gün hava limanında gözləməsini unutmadıq. Bunu cavabsız qoymayacağıq..."

Samir Musayev

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA