Türkiyə əhalisi kimi yenidən prezident görmək istəyir? - SORĞU

img

07-04-2025 [15:59]


Türkiyə əhalisinin kimi prezident görmək istəməsi ilə bağlı maraqlı sorğu keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Asal Araşdırma Mərkəzinin keçirdiyi sorğuda 2028 seçkilərində yenidən namizəd olub-olmayacağı qanunla mümkünsüz görünən Ərdoğan əsas rəqiblərini üstələyib.

Açıqlanan nəticəyə görə, respondentlər “Əgər bu bazar günü keçirilsə, kimi prezident görmək istərdiniz?” sualına cavab verənlərdən 31.2 faizi yenidən prezident Rəcəb Tayyib Ərdoğanın adını çəkib: "Ərdoğanın ən yaxın rəqibləri 25,5% səslə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş, 22,0% səslə Əkrəm İmamoğlu olub. CHP lideri Özgür Özəli isə prezident kimi görənlərin say çox azdır..."

Firudun Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA