Putinin sözçüsü: "Hər kəs bilməlidir ki, İran müttəfiqimizdir"

img

04-04-2025 [17:40]


"Rusiya prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev ABŞ-da mühüm görüşlər keçirib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərlə ənənəvi görüşündə deyib.

Onun sözlərinə görə, o, Kiril Dmitriyevin ABŞ-dakı danışıqları və Ukraynaya zəmanət verilməsi ilə bağlı aparılan müzakirələrin detalları haqqında danışmayacağını da sözlərinə əlavə edib.

ABŞ-ın İrana qarşı günü gündəndən sərtləşən ritorikası barədə suala da cavab verən Peskov bildirib ki, Rusiya hazırda ABŞ ilə münasibətləri bərpa etməyə çalışır: "Lakin hər kəs bilməlidir ki, İran həm də dərin əlaqələrimiz olan tərəfdaşımız və müttəfiqimizdir".

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA